Tovuz "MERO"sunda ŞOK ENDİRİM
BDYPİ rəisi Ramiz Zeynalovun adı bütün gəlirli bizneslərdə hallanır. Bunların arasında evekuatordan tutmuş, otel biznesinə qədər və Tovuz rayonu isə bütünlüklə «ailə podratı»na çevrilibQeyd edək ki, son günlər ən çox müzakirə olunan mövzülardan biri “MERO”larda sürücülük vəsiqələrin bazaar qiyməti ilə “satışıdır”. Ötən yazılarımızda qeyd etmişdik ki, BDYPİ rəisi Ramiz Zeynalov və Tovuz RİH başçısı Tofiq Zeynalov rayonda bütün biznes sahələrini, istirahət mərkəzlərini və otelləri ələ keçiriblər.
Dosye.org-ın araşdırmalarına görə, Ramiz Zeynalovun ölkənin şimal və cənub rayonlarında çoxsaylı asfalt və beton zavodları, daş karxanaları fəaliyyət göstərir. Məsələn, Qubadakı Vəlvələ çayı yaxınlığında meşə massivinin 5 hektarlıq hissəsi məhv edilərək, yerində 4 ay ərzində daş karxanası və beton zavodu inşa edilib. Həmin zavodun avadanlıqları isə Almaniyadan gətizdirilib.
Nəzərinizə çatdıraq ki, BDYPİ rəisi təkcə beton zavodları, daş karxanaları ilə kifayətlənməyib . Onun əsas «biznesi» elə rəhbəri olduğu qurumdadır. Yerli MERO-ların fəaliyyətindən xəbərsiz olmayan yoxdur. Nömrə alverindən tutmuş, sürücülük vəsiqələrinə qədər hər şeyin alınıb-satıldığı idarədə bu işlərə nəzarət heç də uzaq bir şəxsə verilməyib. Bu işlər birbaşa onun bacısı oğlu Xəqanidədir ki, o da Tovuz MERO-nun rəisidir. Bakıdan 400 km aralıda yaşamasına baxmayaraq, hesablaşmalar, alqı-satqıların mühasibatlığını həyata keçirən MERO rəisi kəsdiyi başa görə, sorğu-sual edilmir. “MERO” rəisi Xəqani müəllim elə məhz generalın baçısı oğludur.
Dosye.org-da yayımlanan tənqidi məqalədən sonra redaksiyamızla əlaqə saxlayan Tovuz rayon sakini (adı şərtdir) sürücülük vəsiqəsini 800 manata aldığını bildirdi. Onun dediyinə görə, Xəqani haqda sərt tənqidi yazı yayımlandıqdan sonra sürücülük vəsiqələrinə qoyulan 1200 manat qiymət dərhal endirildi. Görünür, Tovuzda “MERO” rəisi sürücülük vəsiqələrini ancaq bazaar qiyməti ilə satır. Əslində, BDYPİ rəisi Ramiz Zeynalov bütün baş verən hadisələrdən məlumatlıdır. Ən azından rəhbər olduğu qurum birbaşa onun nəzarətindədir. Araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dosye.org
Tarix: 4-10-2017, 21:29