Qazax rayon icra şöbəsinin rəisinə rüşvət İTTİHAMI-VİDEO

Qazax rayon icra şöbəsinin rəisinə rüşvət İTTİHAMI-VİDEO Qazax rayon sakini Əzimov Elşad Yusif oğlu ölkə rəhbərliyinə şikayət məktubu ünvanlayıb. Bir surəti də AFN-in redaksiyasına göndərilən məktubda Qazax rayon icra şöbəsi rəisinə qarşı rüşvət ittihamı yer alıb. Vətəndaş bunu sübut edən videogörüntü də ünvanlayıb. Şikayət məktubunu və videonu təqdim edirik:

"Qazax icra qrupunun rəisi Ramiz Şəmmədov 200 manata görə məni həbs etdirmək istəyir. Məndən açıq şəkildə zorla rüşvət istəyir. Mən bilmirəm alimentimi ödəyim yoxsa Ramizə pulmu verim. Qazaxda hər kəs gözəl bilir ki Ramizin haqqını verməyənlər çox sərt cəzalandırılır. Bircə o qalıb ki Ramizin əlindən mən aprel döyüşlərində iştirak edən oğlumuda götürüb başqa bir ölkənin lap düşmən ölkənin olsa belə sərhəddinə ağ bayraq qaldırıb vətəndaşlıq istəyəm. Ramiz Şəmmədov əlilə qapaz vuran və cəzasız qalan hegamon bir məmur kimi tanınıb. Həmin videogörüntünü Sizə göndərirəm. Qazaxda deyirlər Ramizin arxası çox möhkəmdi ona heç kim bata bilməz.


Mənim oğlum Əzimov Xəyal Elşad oğlu Ağcabədi rayonunun 161 saylı hərbi hissəsində xidmət etmişdir. Ötən ilin aprel döyüşlərində iştirak etmiş və qarın nahiyəsindən yaralanmışdır. Bu ilin fevral ayında Ağdamda gedən döyüşlərdə kəllə beyin travmasıyla yenidən hospitala düşmüşdü. 1 ay bundan öncə Bakı şəhərində papanin adlanan hospitala döyüş bölgəsindən gətirilək yerləşdirilib. Hal hazırda Gəncə hərbi haspitalda müalicə olunur. 1 ildir ki mən yaralı əsgər oğlumun arxasınca Qazaxdan Bakıya, Gəncə yollarında qalmışam. İşdən də qazandığım pulları bu yollarda xərcləyirəm.

2017-ci ilin Yanvar ayının 25-də bakıda daş karyerində sürücü kimi işə düzəldim. Lakin Ramiz Şəmmədovun məni aldadaraq Qazax rayonuna çağırtdırması mənim bütün planlarımı alt üst etdi. Mən Bakıdaikən Ramiz Şəmmədova zəng vurb işə düzəldiyimi bildirdim və maaşımı alan kimi ödəyəcəyimi bildirdim. Ramiz Şəmmədov isə məni aldadaraq dedi ki eləcə gəl bir ərizə yaz çıx get yenə işinlə məşğul ol. Fevralın 13-də iş yerindən 2 günlük icazə alıb Qazax məhkəməsinə gəldim. Ramiz Şəmmədov tabeçiliyində olan Ceyhun Babaşova göstəriş verdi ki protokol yaz. Ceyhun Babaşov rəisi Ramiz Şəmmədova mənim yanımda müraciət etdi ki bəlkə vaxt verək, xəbərdarlıq yazaq. Ramiz Şəmmədov isə ona qəti göstəriş verdi ki protokol yaz.

Sonra məni məhkəmə qarşısına çıxardılar və 15 sutka verdilər. Lakin mən çox gözəl bilirəm ki Ramizə manat hörmət etsəydim o dediyi kimi ərizəylə canımı qurtara bilərdim. Çünki o özü bu işi bağlamaq üçün məndən 50 manat istəmişdi. Heç bir bildiriş və ya xəbərdarlıq vermədən mənim 15 sutka həbs olunmağım hansı qanuna və hansı reallığa uyğundur. Bu özbaşınalıq qanunsuzluq deyilsə bəs nədir?

Mən 4 ay bundan əvvəl 580 manat aliment pulu ödəmişəm. Bakıda alver etdiyim puldan ödədim. Sonra belimdə ağrılar başladı və müayinə zamanı məlum oldu ki onurğada 4 mm qrija var. Mən ayaq üstə dayana bilmirdim və 2 aya qədər yataq şəraitində olmuşam. Diaqnostikadan kağızda çıxarışı var. Bu səbəbdən iş qabiliyyətimi itirdim və işləyib alimenti ödəyə bilmədim.

Mən əsgər atasıyam. Oğlum Əzimov Xəyal Elşad oğlu cəbhə bölgəsində xidmət edir. 2016-cı ilin aprel döyüşlərində iştirak edib güllə yarası alıb. Mən arada bir onun yanına gedirəm və imkan olduqca maddi yardım edirəm. Bunların hamısını məhkəmədə desəmdə bunların heç birini nəzərə almadılar.

Bəla budur ki, mən deyərdim ən böyük bəla odur ki, məhkəmədə hökm verən hakim bu halları nəzərə almadan icraçının siqnalıyla hökm çıxarır. Ramiz məndən haqq almış olsaydı hakimdən vaxt verilməsini xahiş edəcəkdi. Bu biznesə oxşayır. Çünki hakimin də ortada maddi marağı yoxdur...

Hətta mən işləməsəm belə ən azından məhkəmə mənə hardasa iş təklif etməliydi. Əgər mən işləməkdən imtina etsəydim o zaman mənə sutka verə bilərdilər. İndi mən özüm tapdığım işimi itirdim. Ödəmə qabiliyyətimi sarsıtdılar. İşə düzəldiyim yerdə artıq mənim yerimə bir başqa şəxsi götürüblər. İndi mən yenidən iş axtarmalıyam. Amma mənim planım beləydi ki fevralın 25-də maaşımı alıb alimenti ödəyəcəkdim. Mən hal hazırda qohum evində qalıram.

Hörmətli cənab Prezident! Ramiz Şəmmədov bütün Qazaxlıların bəlasına çevrilib. Aliment ödəyənlər bilmir ki Ramizin haqqınımı versin yoxsa alimentini ödəsin. Ümidimiz yalnız Sizədir! Siz hər bir Azərbaycanlının Prezidentisiniz! Xahiş edirəm Ramiz Şəmmədovun əməllərinə son qoyulması üçün müvafiq tapşırıq verin!"
erməyə hazırıq.
Tarix: 4-10-2017, 22:08
Xəbəri paylaş





Xəbər lenti