Cənab nazir, Yardımlıda təhsil sahəsini açıq bazara döndəriblər

Cənab nazir, Yardımlıda təhsil sahəsini açıq bazara döndəriblər Mikayıl Cabbarov şöbə müdirindən ehtiyat edir?

Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədov təhsil naziri Mikayıl Cabbarovu əmrlərinə tabe olmur. Bu barədə ANAXEBER.az-a rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, Manaf Səmədov məktəblərə şəxsi təsərrügatı kimi yanaşır. Bildirirlər ki, Manaf Səmədov Təhsil Nazirliyinin imtahanından keçmiş müəllimləri işə götürmür. “Manaf Səmədov imtahandan keçən müəllimlərə rədd cavabı verir amma kənar şəxsləri “xüsusi hörmət” müqabilində işə götürür”.
Sakinlər iddia edir ki, Manaf Səmədova “xüsusi hörmət” 3000-4000 min manat civarındadır.

Sakinlər bildirir ki, Manaf Səmədov təhsil sahəsinə yad olan Heydər Əliyev Mərkəzinin rəhbəri Məleykə Abışovanı Qabaqdibi kənd orta məktəbinə direktor müavini təyin edib. “Məleykə Abışova da bu təyinatdan sonra məktəbdə öz qaydalarını tətbiq etməyə başlayıb. Təsəvvür edin, bu şəxs proqram tutmaq adı ilə müəllimlərdən 150 manat pul yığır. Pul verməyən müəllimlər isə cəzalandırılır. Lakin bu biabırçılığa son qoyan tapılmır”,- deyə sakinlər bildirir.

Onların sözlərindən belə anlaşılır ki, Manaf Səmədovun qanunsuz əməlləri barədə dəfələrlə Təhsil Nazirliyinə müraciət edilsə də, nəticəsi olmayıb. Ona görə də sakinlərdə belə qənaət formalaşıb ki, Mikayıl Cabbarov Manaf Səmədovdan ehtiyat edir.
Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri təyin ediləndə bu sahədəki problemlərin həll ediləcəyinə ümidlər yaranmışdı. Lakin az keçmədi ki, məktəblərdə pul yığılması, təhsil səviyyəsinin aşağı düşməsi barədə məlumatlar medianı bəzəməyə başladı.
Mikayıl Cabbarov isə tədbir görmədikcə məktəblərdə vəziyyət bir qədər də acınacaqlı hal aldı. Göründüyü kimi artıq vəziyyət o həddə çatıb ki, bir rayonun təhsil şöbəsinin müdiri hətta Təhsil Nazirliyinin imtahanından keçən müəllimləri işə götürmür. Faktiki olaraq mərkəzi aparatı, naziri saymır.
ANAXEBER.az
Tarix: 5-10-2017, 14:27
Xəbəri paylaş





Xəbər lenti