MƏKTƏB DREKTORUNUN ÖZBAŞINALIQLARI.

MƏKTƏB DREKTORUNUN ÖZBAŞINALIQLARI. Ağdam rayon sakini Qaybalıyeva Nuriyə Fazil qızı redaksiyamıza ərizə ilə müraciət edərək Ağdam rayon 118 saylı məktəbin drektoru Nailə müəllimənin ona qarşı etdiyi qanunsuz əməlləri barədə yazmışdır.Vətəndaşın hüquqlarını nəzərə alaraq ərizəni olduğu kimi dərc edirik.

Azərbaycan Resbupilkasının Prezidenti Cənab
İlham Əliyev.

Sürəti Azərbaycan Resbupilkasının Vitse Prezidenti
Mehriban Xanım Əliyevaya.


Sürəti: Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl
Cabbarov.

Sürəti: Azərbaycan Respublikasının Milli Məclisinin
Deputatı Bəxtiyar Əliyev.
Sürəti: Agdam Rayon İcra Hakimiyyətin Başcısı cənab
Raqub Məmmədov.
Sürəti: Agdam Rayon Təhsil Şöbəsinin mudiri Mətanət
Xanım.
Sürəti KİV-ə


Ağdaərə ryonundan məcburi köçkün hal-hazırda
Bərdə rayonunda 588 saylı mənzildə müvəqəti
Məskunlaşmış Qaybalıyeva Nuriyyə Fazil qızı
tərəfindən Bina 11 / mənzil 6.


Ə R İ Z Ə
Cənab Prezident : 12-il İşlədiyim 118-saylı Ağdam məktəbində direktoru Nailə Yüzasflri Yüzasif qızı məktəbdə məni sıxışdıraraq,dərs vermir.
Buna isə bir səbəb kimi mənim Ağdərəli olmağımı göstərir.Dərs bölgüsün dərs hissə müdiri tərəfindən yox bağlı qapı arxasında direktor tərəfindən aparılır.Direktor isə otağına məni buraxmır,təhqir edir və deyir ki, məktəbdə dərs yoxdur nə gəlmə ,nə də məni narahat eləmə ,çıx get başqa yerdə işlə.Məktəbdə qanunsuz işçilər işləyir.
Məktəbdə 4-komplekt ibtidai sinif fəaliyyət göstərir. Öz istədiyi müəllimlərə 18-20 saat dərs yükü veribdir. Diaqnostik qiymətləndirmə imtahanından 21 bal toplayaraq keçmişəm.Ancaq həmin məktəbdə işləyən müəllim isə Diaqnostik qiymətləndirmə imtahanında iştirak etməsədə direktor onlara kifayət qədər dərs verib. Ali təhsilliyəm ,ailəliyəm , körpə uşağım var, xəstədir.Ailədə işləyən tək mən idim.Mən də direktor tərəfindən işsizliyə məruz qalmışam.Xahiş edirəm ki,mənim sitajım üzrə işləməyimə köməklik edəsiniz.Direktorun hansı əmrlə,necə vəzifəyə keçdiyi barədə bizi məlumatlandırasız. Məktəb üzrə dərs bölgüsü haqqında açıq iclas keçirilsin,dərs bölgüsü müəllimlərin iştirakı ilə qanunla,tədris planı üzrə ədalətlə bölünsün. Bunlar haqqında dəfələrlə Ağdam R.T.Ş-nin müdirinin,hətta Ağdam R.İ.H-nin rəsmi qəbulunda oldum , heç bir müsbət nəticəsi olmadı.
Cənab Prezident; Mən bildirdikdə Sizdən Cənab Prezidentə şikatət edəcəm qarşılqında məktəbin drektoru mənə bildirdikin get əlin hara qəlbidi qoy ora, Prezident Aparatı gəlib sənin dərsini versin görum necə verir.
Cənab Prezident :Xahiş edirəm ki,ali təhsilli ixtisas müəllimi kimi mənim qəbulunuza girməyimə köməklik edəsiniz.Məktəbdə qanunsuzluq baş alıb gedir.
Cənab Prezident :16; 24 saat dərs verdikləri adam var, harda oxuduqlarıda bəlli deyil ,amma mənə dərs vermir ki,Ağdərəlisən.Məktəb Direktorunun mənəviyyatı budursa,yazıq bu millərin halına.
İmza: Qaybalıyeva.N.F.q
Tel:051-950-80-02
Qaşı tərəfində mövqeyin dərc etməyə hazırıq.
Siam.az
Tarix: 14-10-2017, 20:40
Xəbəri paylaş





Xəbər lenti