Oğuzda yollara ayrılan pulu kim “yeyir”? – GİLEY

Oğuzda yollara ayrılan pulu kim “yeyir”? – GİLEY “Yolların təmirinə kifayət qədər pul ayrılıb. Ancaq hələ də bu yollarda uzunboğaz çəkmələrlə gəzib-dolaşırıq”. DİA.AZ bildirir ki, bunu Oğuzun Qarabulaq sakini Sevdim Əzizov deyir. Onun sözlərinə görə, bir-birlərinin qonşuluğundakı Böyük Söyüdlü, Astarxanovka və Qarabulaq kəndlərinin küçələri son günlərin leysanlarından sonra xüsusilə keçilməz olub:
“Üç kəndə gedən əsas yol dağılıb. Yollarda nə asfalt üzlük var, nə də çınqıl… Yayı tozlu, payızı, qışı palçıqlı yollardır. Son günlərin yağışları palçığı dizə çıxarıb. Bu kənddən o kəndə keçə bilmirik. Uşaqlar məktəbə gedə bilmir. Övladlarım evdən çıxanda qurşağa kimi palçığa batırlar”.
Kəndlilər deyir, məşəqqət qarşıdakı aylardadır. Kəndlərdə yolsuzluqdan başqa, həm də qaz problemi var. Astarxanovka sakini İsmayıl Əliyev illərdir ki, kəndə qaz xətti çəkiləcəyi ümidi ilə yaşadıqlarını söyləyir: “Havalar bir az da soyusun, ekologiya şöbəsinin işçiləri fağır kəndlini güdəcək, hardan bir ağac kəssək, gəlib cəriməylə yükləyəcəklər. Qaz yoxdur, odun qırma, heç olmasa üçüncü yolu da göstərsinlər, başımızın çarəsini edək. Yenə eşidəcəyik, filankəs evdən donmuş tapıldı, filankəsin əl-ayağı soyuqdan qurudu… Hər il eyni faciələr…”
Siam.az
Tarix: 14-10-2017, 22:10
Xəbəri paylaş





Xəbər lenti