16 ailə çıxılmaz durumda... - ŞİKAYƏT
Ucar rayonu Pambıq Zavodu 16 mənzilli binanın sakinləri tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Həmin məktubu olduğu kimi təqdim edirik:
"Biz Ucar rayonu Pambıq Zavodu 16 mənzilli binanın sakinləriyik . Bu binada 16 ailə, 72 sakin yaşayırıq. Bina 1987-ci il tarixdən inşa edilsədə burada qaz, içməli su və telefon xətti yoxdur. Buna görə biz sakinlər çox-çox əziyyət çəkirirk.Qaz olmadığı üçün qışda ancaq odundan, elektirik sobasından istifadə etmək məcburiyyətində qalmışıq. Bu isə bizə çox zülüm verir.Baxmayaraq ki, qaz xətti binamızın yaxınlığından keçir ancaq aidiyatı qrumlar heç bir tədbir görmürlər.Həmçinin içməli suyumuzda yoxdur ki, buna görə içməli suyu maqazindən alırıq və ya avtomobil vasitəsi ilə qablardan uzuaq məsafədən gətiririk.Yuyunmağa, paltar yumağa və sairə işlərdə isə mundar, bulanıq, mikroblu kanalizasiya suyundan istifadə etmək məcburiyyətində qalmışıq.Buna görə dəri xəstəliklərinə yoluxmalar baş alıb gedir..Çox çıxılmaz təhlükəli bir vəziyyətdə yaşayan bu binanın sakinlərinin çoxsaylı ərizələrinə, müraciətlərinə baxan yoxdur.Sanki bu binanının sakinləri dövlət və aidiyyatı orqanlar tərəfindən unudulublar.
Uzun müddətdir ki, bu binada 16 ailə yaşasada telefon çəkilməyib.Baxmayaraq ki, telefon xətti binamızın qarşısından keçir.Ucar rayonunun ucqar kəndlərinə belə telefon xətti çəkilsədə biz bu hüquqdan məhrum edilmişik.
Evlərimizdə azyaşlı, körpə, məktəbli uşaqlarımız, qocalar və xəstələr var.Bu binada qazın, suyun və telefonun olması zəruri olsada aidiyyatı orqanlar heç bir tədbir görmək istəmirlər. Müsair inkişaf etmiş Azərbaycanda onun 72 nəfər vətəndaşının yaşam tərzini görən olsa dəhşətə gələr. Cəmiyyətdən və sosial qayğılardan təcrid olunmuş bu 16 mənzilli binanın sakinləri ümüdlüyük ona görə ki, Azərbaycanın İlham Əliyev kimi mərhəmətli prezidenti və Mehriban Əliyeva kimi qayğıkeş birinci vitse-prezidenti var. İndi hörmətli prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın ən ucqar kəndlərinə belə qaz çəkilmiş, içməli su ilə təmin edilmişlər və telefon xətti ilə təmin edilmişdilər.
Biz bu problemlərin həll edilməsi üçün Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya mətbuat vasitəsi ilədə müraciət edirik. Hörmətli Prezident ! Hörmətli Mehriban xanım !
Sizdən çox-çox xahiş edirik Ucar şəhəri Pambıq Zavodu 16 mənzilli binaya qaz, içməli su və telefon xəttlərinin çəkilməsi üçün müvafiq orqanlara tapşırıqlar verəsiniz, bizi bu zülmdən, əziyyətdən qurtarasınız.
İmza; Ucar şəhəri Pambıq Zavodu 16 mənzilli binanın sakinləri
1.Əhmədov Teymur Soltan oğlu (055) 397-94-40 2.Bayramov Vüsal Məhəmməd oğlu 3.Mikayılova Sevda Mirzəhüseyn qızı 4.Məmmədov Murad Sahil oğlu 5.Bayramova Ülviyyə Gündüz qızı 6.Gözəlova Zeynəb Arif qızı 7.Məmmədova Aygün Qabil qızı 8.Məmmədov Azər Həmid oğlu 9.Əhmədova Günel Soltan qızı 10.Beydullayev Suliddin Firuddin oğlu 11.Beydullayeva Şəhla Əlihüseyn qızı 12.Beydullayev Sərxan Suliddin oğlu 13.Beydullayeva Xəyalə İlqar qızı 14.Məmmədov Aygün Qabil qızı 15.Beydullayev Rafael Faiq oğlu 16.Beydullayeva Nahidə Ağamirzə qızı 17.Gözəlov Əlislam Məhərrəm oğlu 18.Gözəlov Seymur Əlislam oğlu 19.Gözəlova Sevda Mirzə qızı"Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Tarix: 16-10-2017, 09:03