Ağdam teatrının pərdə arxasında olan, "talan səhnələri"

Ağdam teatrının pərdə arxasında olan, "talan səhnələri" 4 aydan artıqdır ki, saytımıza edilən çoxsaylı müraciətləri nəzərə alaraq

Ağdam rayonunda ətraflı "reydlər” və müşahidələr aparmağı qərara aldıq. Sizə Ağdam rayonunda baş verən məmur özbaşınalığı ilə bağlı təqdim edəcəyimiz silsilə yazılara Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrından başlayırıq. Vaxtı ilə ölkədə böyük nüfuza malik olan Ağdam Dövlət Dram Teatrı Ağdam şəhərinin işğalından sonra köçkünlük həyatı yaşayıb. İşğalın ilk illərində Bərdə şəhərində çətin şəraitdə olsa da öz fəaliyyətin dayandırmayıb. Lakin sonradan teatr rayonun Quzanlı kənd mədəniyyət evinə köçüb.

Sabiq icra başçısı Nizami Sadıqovun danılmaz xidməti sayəsində teatr fəaliyyətini yaxşılaşdırıb. Amma necə? Teatrın başına təyin edilən Fəxrəddin Hacıbəyli ilk aylar yaxşı, nəzərə çarpan xidmətlər göstərsə də sonradan kollektiv arasında özünü sözün əsl mənasında gözdən salıb. Kollektivin qəti etirazı ilə o teatrdakı direktor kürsüsünü tərk etməyə məcbur qalıb. Onun əvəzinə isə Nizami Sadıqovdan sonra Ağdam rayonunun başına gətirilən Raqub Məmmədovun "xeyir duasi” ilə Məhəmməd Hüseynov gətirilib. Məhəmməd Hüseynovun "mükəmməl xidmətləri”...

Əslən Ağdam rayonunun Əliağalı kəndindən olan Məhəmməd Hüseynovu ağdamlılar Məhəmməd müəllim yox, Mamed müəllim kimi daha yaxşı tanıyır. İxtisası elə tutduğu vəzifədən heç də uzaq olmayan M.Hüseynov teatrın başına rəhbər təyin edildikdən sonra demək olar ki kollektiv arasında aktivlik müşahidə olunub. Bu qeyd etdiklərimiz əlbətdəki pərdənin önündə hər kəsin tamaşa etdiyi "səhnədə” olanlardır. Bəs pərdənin arxası?.. Direktorun pərdə arxası olanyları sayıb sadalamaqla bitəsi deyil. Biz sizə yalnız onun bir neçəsini təqdim edəcəyik. Teatrın işçi cədvəlindəki iş yerlərinin sayı 50 dən artıqdır. Daha dəqiq desək təxminən 83 iş yeri mövcuddur. Amma nəzər salanda şahid olduq ki, Məhəmməd Hüseynovun işçi ordusu hər gün cəmi 15-20 nəfər təşkil edir. Qalan nəfərlərin arxasınca qaçıb araşdırdıq. Araşdırma zamanı məlum etdik ki, M.Hüseynov direktor kürsüsünə əyləşdiyi ilk günlərdən həmin işçi cədvəlinə öz qohumlarının adını yazdırıb. Qalan yerləri isə necə deyərlər razılaşma yolu ilə dost tanışı arasında bölüşdürüb. Yəni kimisinin arvadı, kimisinin bacısı, kimisinin digər qohumunun adı Ağdam Dövlət Dram Teatrının işçi cədvəlində yazılır. Həmin adların qarşısına əməkhaqqının alınması barədə imza da qoyulur. Razılaşmaya görə adı yazılan adamların əməkhaqqları direktora qalır. Heç vaxt işə gəlməyən işçinin karı isə adına iş təcrübəsinin yazılması olur. Yəni bu istiqamətdə Məhəmməd Hüseynovun belə "xeyirxah” əməlləri kifayət qədərdir. Məsələn kollektivdə elələri var ki, direktorun icazəsi ilə işi yarımçıq qoyub (işdə 5-10 dəqiqə görünüb gedir) taksi fəaliyyəti ilə məşğuldur. Texniki heyyət bir yana hələ yaradıcı heyyətin üzvlərindən elələri var ki, aylardır səhnə görmürlər.

Qeyd etdiyimiz bu faktları əlbətdəki səsyazma, foto və video materiallarla təstiqləyə bilərik. Amma maraqlıdır ki, bu qədər qanun pozuntusu törədən Məhəmməd Hüseynov bütün bunlar azmış kimi, rəsmi dövlət qurumlarında olan həmkarlarını bir kənarda qoyub təməli Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin canı bahasına qurduğu Azərbaycan Hökümətinin əlehidarları ilə oturub-durur. Ölkə Prezidentinin apardığı daxili və xarici siyasəti lağlağı predmetinə çevirirlər. Hələ bütün bunlar da azmış kimi ona dövlət tərəfindən verilən xidməti maşın (Volqa - QAZ-3111, 02-AA-102 dövlət nömrə nişanlı) oğlu tərəfindən qeyri rəsmi işlərə sərf edilir. Bu istiqamətdə kifayət qədər faktlar var. Ancaq biz hələki kifayətlənib başqa mövzuya keçirik. Tamaşaya zorla cəlb edilən ağdamlı tamaşaçılar.

Ağdam Dövlət Dram Teatrının bir iki tamaşasını çıxmaq şərti ilə qalanları necə deyərlər heçə bərabərdir. Yəni kollektivində cəmi 3 aktiyorunun peşəkar aktiyor var.

Qalanlarının qeyri peşəkar və həvəskardır. Buda tamaşaların hazırlanmasında keyfiyyəti aşağı salır. Bu işlərdən sığortalanmaq üçün direktor və rejissor ağdamlı tamaşaçıları güldürmək məqsədi ilə tamaşının səhnələrinə Azərbaycan mədəniyyətinə xas olmayan qeyri etik ifadələr əlavə edirlər. Əlbətdəki həmin ifadələr kollektivin məşqlər zamanı və ya çay fasiləsi zamanı bir-birlərinə qarşı işlətdikləri qədər biabırçı və utancverici deyil. Amma heç normal ifadələrdən də söz gedə bilməz. Tamaşaçılara gəlincə onların böyük əksəriyyətini Ağdamda fəaliyyət göstərən kolleclərin tələbələri, idarə və müəsisələrin fəhlə heyyəti təşkil edir. Mənbənin məlumatına görə tələbə və fəhlələrdən yuxarı rəhbərlərinin tələbi ilə tamaşaya bilet pulu yığılır. Bir sözlə teatra tamaşaçılar zorla gətirilir. Yığılan bilet pullarının hara getdiyi isə məlum məsələdir. Yəqin ki, dərc etdiyimiz materialdan sonra lazımı qurumlar M.Hüseynov haqqında müvafiq ölçü götürəcəkdir.


Qarşı tərəfin münasibətini öyrənib dərc etməyə hazırıq…

Palitika.Az
Tarix: 4-11-2017, 16:51
Xəbəri paylaş





Xəbər lenti