Kəmaləddin Heydərovun ailə şirkətində - VACİB İSTEFA

Kəmaləddin Heydərovun ailə şirkətində - VACİB İSTEFA “Gilan Holdinq”in marketinq direktoru Müşfiq Hüseynov tutduğu postdan ayrılıb.

Siam.az ölkə.az-a istinadən xəbər verir ki, o, şirkətdən ayrılmasını keçmiş iş yoldaşlarına xitabən belə izah edib:

"Həyatımın ən vacib 2 il 6 ayında olduğunuz üçün hər birinizə minnətdaram. Xoşbəxt, gərgin, sevincli 2 il altı ay oldu. Burada dəyərli dost, yoldaş qazandım. Hər birinizin ürəyimdə xüsusi yeri var".

M.Hüseynov öz hesabından yaxın günlərdə çalışacağı şirkətin də adını bildirəcəyini qeyd edib.

Xatırladaq ki, "Gilan Holdinq"də son vaxtlar vacib postlardan istefa xəbərləri yayılır. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə şirkəti olan holdinqin bir hissəsinə də artıq fövqəlnazirin nəzarətindən çıxdığı haqda məlumatlar yerli KİV-də yazılır.
Tarix: 5-11-2017, 09:20
Xəbəri paylaş





Xəbər lenti