Qarabağ əlili yardım istəyir: HARAY

Qarabağ əlili yardım istəyir: HARAY Ağcabədi rayonun, Hindarx kənd sakini Bəxtiyar Abış oğlu Kazımov pay torpağının əlindən alınması ilə bağlı Cebhe.info saytına müraciət edib.

Cebhe.info xəbər verir ki, şikayətçi birinci qrup Qarabağ əlilidir.


1993-cü ilədək cəbhənin Ağdam, Ağdərə cə Tərtər istiqamətlərində gedən döyüşlərdə iştirak edib. İki dəfə qolundan və ayağından yaralanıb. Sonuncu dəfə isə düşmən snayperinin açdığı atəş bəxtiyarın başına dəysə də, ölümdən qurtula bilib.

Bəxtiyar Kazımov özünün dediyinə görə, savadsızlığının qurbanı olub. Qarabağ əlili iddia edir ki, öz həmkəndliləri ona düşən pay torpını əlindən alaraq, hansısa şirkətə veriblər.

Qarabağ əlili Cebhe.info vasitəsilə əlaqədar qurumlardan yardım istəyir.
Tarix: 6-11-2017, 13:45
Xəbəri paylaş





Xəbər lenti