Rayon rəhbəri tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə 
vətəndaşları qəbul edib. Qəbulda 19 nəfər vətəndaşın müraciəti dinlənilib. 
Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə 
həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, bələdiyyə mülkiyyətində 
olan torpaq sahəsindən əkinçilik məqsədilə icarəsinə ayrılması, işğaldan azad 
olunmuş ərazilərdə evlə təmin olunma, maddi köməklik, heyvandarlıq aktivləri 
ilə təmin olunma, evlə təmin olunma, ev tikintisinə icazə və digər şəxsi 
məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri 
tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid 
müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə 
vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah 
halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident 
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz 
minnətdarlıqlarını bildiriblər.

Tarix: 15-11-2023, 08:56
Xəbəri paylaş





Xəbər lenti