İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə
vətəndaşları qəbul edib. Qəbulda 18 nəfər vətəndaşın müraciəti dinlənilib.
Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə
həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən dövlət və bələdiyyə mülkiyyətində olan
torpaq sahəsinin icarəyə ayrılması, işlə təmin olunma, maddi köməklik,
Məşğulluq Mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma,
həyətyani torpaq sahəsinin sənədləşdirilməsi, ev təmiri  digər şəxsi
məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri
tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid
müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə
vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah
halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 17-01-2024, 15:22
Xəbəri paylaş





Xəbər lenti