Yevlax rayon sakini Həsənov Firdovsi Nazim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müharibə iştirakçısı olduğunu deyən şikayətçi bildirir edir ki, Bələdiyyə sədri Əbülfət Razayev 6 sot torpaq üçün ondan rüsüm adı altında 1800 manat pul tələb edir:“Mən, Həsənov Firdovsi Nazim oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Mən müharibə iştirakçısıyam, iş qabiliyyətim yoxdur. Amma təəssüf ki, bunu sübüt edə bilmirəm, nə xəstəlik kağızı vermirlər, nə də sağlamlıq kağızı.
Problemim o qədər çoxdur ki, bilmirəm hansından danışım. Məşğulluq Xidmətindən heyvan verdilər, öldü, qaldı boynumuzda.
Adını çəkdiyim qurumlara nəyisə sübüt etmək çətin məsələdir. Sanki xəstə heyvanları yığıb, ancaq Məşğulluq İdarəsinin əli ilə insanlara verirlər.
Qarabag uğrunda gedən döyüşlərdə iştirak etmişəm və xəsarətlər almışam, indi isə iş qabiliyyətim yoxdur. Hara gedirəm, hara müracət edirəm, baxan yoxdur. Mən sağlam adamamsa, onda mənə sağlamlıq kağızı verin, onu da etmirlər.
Mənim kimi onlarla müharibə iştirakçısı var, işsiz qalmışıq, nə edirik, hara gedirik ,qəbul etmirlər.
Yevlax rayonunun İcra Hakimiyyətində məni qəbul etmirlər ki, problemimi deyim.
Həyatyanı 6 sot torpaq sahəsindən ötrü Bələdiyyə sədri Əbülfət Razayev məndən 1800 manat pul istəyir. Bu torpaq üçün biz can qoymuşuq, yarımcan olmuşuq. Deyir dövlət rüsumudur, bu qədər rüsüm olar? Bizi məcbur ölümə göndərirlər? İş yoxdur, dolana bilmirik, dövlət qurumlarından kömək yoxdur".
Məsələ ilə bağlı Bələdiyyə sədri Əbülfət Razayevlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.
Tarix: 18-01-2024, 21:54