maşınları dağıdılıb, külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv
edilib.
Lakin onlar öz qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra
bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və
nəticədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxardı.
Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, “Bu təcavüz xalqımızı
mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini
tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni
bir səhifə kimi yazıldı”.
Qeyd etmək lazımdır ki, həmin günlərdə ölkə informasiya blokadasında idi.
Hər hansı ölkədə buna oxşar hadisə baş versəydi, dünya dövlətləri tez bir
zamanda münasibət bildirərdilər. Lakin həmin vaxt Azərbaycanla bağlı
düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd yanaşırdı. 20 Yanvar
faciəsini hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi
dəyərləndirən ulu öndər Heydər Əliyevin böyük müdrikliyi və güclü siyasi
iradəsi sayəsində 20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu.
Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və
ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən
dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni
törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham edərək qoşunların
Bakıdan çıxarılmasını tələb etdi. Bu, törədilmiş qanlı faciəyə verilən ilk
siyasi qiymət idi. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə
dövlət səviyyəsində siyasi - hüquqi münasibət bildirildi. Azərbaycan
Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün
keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan
Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi
sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin
1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin
günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli
azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar
kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi
qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin
olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də
görülməkdədir. Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə
yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin
problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi
qarşıya qoyub. Dövlətimizin başçısının 2006-cı il 19 yanvar tarixli “20
Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə
dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir.