İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda14 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb. Qəbulagələnvətəndaşlarəsasənsahibkarlıqüçüntorpaqsahəsinin ayrılması,evtəmirinəköməklik,işlətəminolunma,maddiköməklik,ev tikintisinəicazəverilməsi,subartezianquyusununqazılması,sahibkarlıq obyektinin sənədləşdirilməsivə digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onlarınmüraciətlərirayonrəhbəritərəfindəndiqqətlədinlənilib,icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub. Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.