Müharibə əlilləri və şəhid ailələri yaşadıqları mənzillərə çıxarış ala bilmirlərVİDEO

Müharibə əlilləri və şəhid ailələri yaşadıqları mənzillərə çıxarış ala bilmirlərVİDEO
İsmayıllıda bir qrup sakin 14 il əvvəl verilmiş mənzillərinin çıxarışını ala bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, İsmayıllı rayonunda 36 mənzilli yaşayış evi 2010 -cu ildə müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Lakin illər keçməsinə baxmayaraq, hələ də binada yaşayayan sakinlərə çıxarış verilməyib.

Sakinlər bildirirlər ki, onlar üçün hər cür şərait yaradılıb. Verilən mənzillərdə rahat yaşayırlar. Ancaq sənədlə bağlı problemləri illərdir ki, həll edilmir.

Binada yaşayanların sözlərinə görə, 2010 -cu ildə mənzillər təqdim ediləndə onlara bildirilib ki, bir neçə il ərzində sənədlər də qaydasına salınacaq.

Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov “Xəzər Xəbər”ə bildirib ki, bu şəxslərin həmin mənzillərdə daimi yaşayış yeri üzrə qeydiyyata alınma hüququ var. Lakin imtiyazlı şəxslərə həmin mənzillər dövlət mənzil fondundan vətəndaşların yaşaması üçün verilib və onların özəlləşdirilməsi qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
P.S Əldə sənəd olmayandan sonra hansı qeydiyyatdan söhbət gedə bilər? Özəlləşdirmək qalsın bir tərəfə yüzlərlə əlil ailəsi qeydiyyata düşə bilmir..



Facebook-da paylaş
Tarix: 29-01-2024, 09:23
Xəbəri paylaş





Xəbər lenti