Başçının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında növbəti şura iclası keçirilib

Başçının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında növbəti şura iclası keçirilib
İclasda şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət
təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və
bələdiyyə sədrləri iştirak ediblər.
Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov açaraq iştirakçıları gündəlikdə duran məsələlər ilə tanış edib,
bildirib ki, gündəlikdə 1 məsələ durur: 1. Tərtər rayonunun 2024-cü il üçün
yerli gəlirlərinin, yerli gəlir və xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş
xərclərdən (büdcələrarası) ayrılan vəsaitin məbləğinin rayon icra
hakimiyyətinin başçısı ilə razılaşdırılması haqqında.
Sonra rayon rəhbəri çıxış edərək bildirmişdir ki, 2023-cü ildə büdcədən
maliyyələşən müəssisələrin və büdcə vəsaiti hesabına yardımların
verilməsi işləri daima yoxlanılmış və düzgün icra edilmişdir.
İcra başçısı qeyd etmişdir ki, rayonun 2024-cü il ümumi gəliri 11210000,00
manat, o cümlədən yerli gəlirləri 7006000,00 manat və yerli xərcləri
7006000,00 manat məbləğində müəyyən edilmişdir.
Şəhər, qəsəbə və kəndlər üzrə nümayəndəliklərə yerli gəlir və xərclərini
tənzimləmək üçün rayonun yerli gəlirlərindən ayrılan vəsaitin rüblük
bölgüsü müəyyənləşdirilmişdir.
Rayon rəhbəri tərəfindən bələdiyyə sədrlərinə vətəndaşların vergi
borclarının və icarə haqqlarının vaxtında ödənilməsinə nəzarət etmələrini
tövsiyə etmişdir.
Müzakirə edilən məsələ barədə Tərtər Rayon İcra Hakimiyyəti başçısının
müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin
müdiri Abbas Cavadov və Tərtər rayonu üzrə Maliyyə şöbəsinin rəisi Əli
Əlizadə çıxış ediblər.
Şura iclasında müvafiq qərar qəbul edilib, rayon İcra Hakimiyyətinin başçısı
tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.



Başçının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında növbəti şura iclası keçirilib
Başçının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında növbəti şura iclası keçirilib
Başçının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında növbəti şura iclası keçirilib
Başçının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında növbəti şura iclası keçirilib
Tarix: 30-01-2024, 08:57
Xəbəri paylaş





Xəbər lenti