Rayon rəhbərinin Bəyimsarov kəndində növbəti səyyar qəbul-görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq 
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Bəyimsarov
kəndində keçirilib.
Qəbulda rayon prokuroru Əli Qurbanov, səhiyyə, təhsil, mədəniyyət, digər
xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və
kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını
fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri
düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda ötən il respublikamızda baş verən siyasi-iqtisadi
məsələlərdən, sentyabın 19-da işğaldan azad edilən torpaqlarımızda aparılan
lokal xarakterli antiterror əməliyyatlarından danışıb, lokal xarakterli antiterror
tədbirlərinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın
müddəalarını təmin etdiyini, Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısını aldığını, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarıldığını, onların hərbi
infrastrukturunun zərərsizləşdirildiyini, mina terroruna son qoyulmasını 
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa etdiyini bildirib,
prezident cənab İlham Əliyevin 20 illik fəaliyyəti dövründə respublikamızın
tərəqqi və inkişafından, həyata keçirdiyi qlobal layihələrdən, həmişə xalqının
yanında olmasından, oktyabırın 15-də terrorçulardan təmizlənmiş ərazilərdə
Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını
dalğalandırmasından, Xankəndi şəhərinin mərkəzində etdiyi çıxışından
danışıb və Ali Baş Komandanın Xankəndi şəhərindəki çıxışından bu sözləri
xatırladıb: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma
qoyduğum bütün vəzifələr icra edildi.”
İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən
geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən,
qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə
əhalinin köçürülməsindən, şəhid  qazi ailələrinə, vətən müharibəsi
veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən  bəhs edib. Ölkə
rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda
aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan
İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan
hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.
Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların
məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Bəyimsarov kəndinin 2928 hektar ərazisi, 627 təsərrüfatı, 2752
nəfər əhalisi var. Ərazidə 2 məktəb, 1 kitabxana, 1 mədəniyyət evi, 1 tibb
məntəqəsi, 1 poçt, 13 ticarət oyekti, 2 iaşə obyekti, 1 məişət obyekti faəliyyət
göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi
işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 1201 baş iribuynuzlu, 1530 baş xırdabuynuzlu heyvan, 5610 baş quş,
370 arı ailəsi saxlayırlar.
Son üç ildə Bəyimsarov kəndində 1.2 km məsafədə kəndarası yollar təmir
edilib, su arxları 12 km lildən təmizlənib, kənd ərazisində 3000 ədəd çəkil və
155 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək
səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq  üstünlüklərini qeyd edib  https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu
sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Hicran Zeynalova yeni tikilən körpələr evi-uşaq baxçasının
istifadəyə verilməsi, Fazil Vəliyev qurunt sularının çəkilməsi üçün kollektor
drenaj şəbəkəsinin təmizlənməsi və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 2-02-2024, 21:51
Xəbəri paylaş





Xəbər lenti