İcra başçısı şəhid Şahvələd Cəfərovun şəhid ailəsini ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayon prokuroru Əli
Qurbanov ilə birlikdə birinci Qarabağ müharibəsi şəhidi Cəfərov Şahvələd Əvəz oğlunun
ailəsini ziyarət edib, şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan,
yaralanan igidlərin qəhrəmanlıqlarından söhbət açıb. Bildirib ki, Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın igid oğulları öz qanı, canı bahasına
torpaqlarımızı işğaldan azad edib, suverenliyimiz bərpa olunub.
Qeyd edək ki, şəhid Cəfərov Şahvələd Əvəz oğlu 1963-cü il oktyabr ayının 22-də
Ermənistanın Ararat rayonundakı Yengicə kəndində anadan olub. Həmin kənd məktəbində
orta təhsilini başa vurub. 1988-ci ildə azğın ermənilərin vəhşiliyi nəticəsində öz el-
obasından didərgin düşərək ailəsi ilə birlikdə Tərtər rayonunun Bəyimsarov kəndində
məskunlaşıb, kənddə dərzilik fəaliyyəti ilə məşğul olub. Erməni yağılarından qisas almaq
məqsədilə qardaşı İbrahimlə birlikdə 1992-ci il iyun ayının 1-də könüllü olaraq Milli Ordu
sıralarına daxil olub və Goranboy ərazisinin erməni quldurlarından təmizlənməsində iştirak
edib. Bu bölgədən sonra Ağdərə bölgəsində düşmənə qarşı mübarizələrinə davam ediblər.
1992-ci il iyul ayının 22-də Ağdərə bölgəsində aparılan qanlı döyüşlərdə hər iki qardaş
birlikdə şəhid olub.
Ailəli idi. Əvəz adlı bir oğlu, Rüzgar adlı bir qızı yadigar qalıb. Şəhid Bəyimsarov kənd
qəbiristanlığında dəfn edilib.
Görüşdə icra başçısı bildirib ki, Şahvələd kimi Vətənini canından şox sevən oğullar heç
vaxt ölmür. Xalqımız eldən gedən oğullarının xatirəsini həmişə əziz tutur.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 2-02-2024, 22:13
Xəbəri paylaş





Xəbər lenti