Rayon rəhbəri şəhid atası Vaqif Əliyevi xəstəxanada ziyarət edib



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mütəmadi olaraq şəhid
ailələrini, yaralıları, qaziləri 
hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.
Rayon rəhbəri öz ənənəsinə sadiq qalaraq rayon prokuroru Əli Qurbanovla birlikdə Gəncə
Beynəlxalq Xəstəxanasında açıq ürək əməliyyatı keçirən Vətən müharibəsi Qəhrəmanı, şəhid
polkovnik-leytenant Anar Əliyevin atası Vaqif müəllimi ziyarət edib, onu əhvalını soruşaraq
səhəti ilə maraqlanıblar.
Qeyd edək ki, Vətən müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyev 28 avqust
1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır.
Valideynlərinin iş yeri ilə əlaqədar keçmiş Ağdərə rayonunun Göyarx kəndinə köçmüşdür.
1988-ci ildə Qarabağ müharibəsi başlamışdır. Bu zaman Anar Əliyevin ailəsi hücumlardan
başlayan deportasiyalar nəticəsində Tərtər rayonunun Bəyimsarov kəndinə köçmüşdür.
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan
Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri Anar Vaqif oğlu
Əliyev 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində baş tutan Naxçıvan
Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan
azad olunması əməliyyatında yaxından iştirak etmiş və fərqlənmişdir.
Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ
müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin  Xocavəndin azadlığı uğrunda gedən
döyüşlərdə vuruşmuşdur. 21 oktyabr tarixində Şuşanın başlanğıcında, Xocavəndin Tuğ
kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə şəhid olmuşdur.
Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Anar Əliyevin 
rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi asanlaşdırmışdır.
Sağlığında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Vətən uğrunda",
Azərbaycan Respublikası Prezidenti adından Müdafiə nazirinin əmri ilə "Şücaətə görə",
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi
(1918-2013), “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli, “Qüsursuz xidmətlərə
görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunmuşdur.
Polkovnik-leytenant Anar Əliyevə ölümündən sonra isə Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə ən yüksək fəxri ad – “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş və “Vətən
uğrunda”, “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Şuşanın
azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə Tətər şəhərinin mərkəzi küçələrindən birinə Anar
Əliyevin adı verilmişdir.
Həkim şəhid atasının səhhəti barədə məlumat verərək vəziyyətinin normal olduğunu,
həkimlərin əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərdiyini bildirib.
İcra başçısı şəhid atasına göstərilən diqqət və qayğıya görə həkim və tibb işçilərinə öz
minnətdarlığını bildirib.
Hazırda xəstəxanada əməliyyatdan sonra müalicə alan Vaqif müəllim şəhid və qazi ailələrinə
göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
və Birinci vitsr-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıq edib.

İcra başçıssı şəhid atasını xəstəxanada ziyarət edib
İcra başçıssı şəhid atasını xəstəxanada ziyarət edib
İcra başçıssı şəhid atasını xəstəxanada ziyarət edib


Tarix: 3-02-2024, 15:01
Xəbəri paylaş





Xəbər lenti