44günlük Vətən müharibəsində və 23 saat 43 dəqiqə çəkən antiterror tədbirlərində
olduğu kimi 7 fevral seçkilərində qazanan Azərbaycan oldu.
İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş
həcmli layihələrdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış
kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi
veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə rəhbərinin
diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-
quruculuq-abadlıq işlərini dilə gətirib, Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi
inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Qapanlı kəndinin 350 hektar ərazisi, 149 təsərrüfatı, 630 nəfər əhalisi var.
Ərazidə 1 kitabxana, 1 tibb məntəqəsi, 1 poçt, 1 ticarət oyekti, 1 məişət obyekti faəliyyət
göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və
içməli su ilə təmin olunub.
Sakinlər 378 baş iribuynuzlu, 456 baş xırdabuynuzlu heyvan, 2070 baş quş, 178 arı
ailəsi saxlayırlar.
Son üç ildə Qapanlı kəndində kəndarası yollar təmir edilib, su arxları 23 km məsafədə
lildən təmizlənib, kənd ərazisində müxtəlif növ ağaclar əkilib, yol kənarları alaq
otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra
Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini
qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən
nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha
qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac
olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Hüsaməddin Məmmədov kəndə internet xəttinin çəkilməsi, Daşqın
Əliyev subartezian quyusunun təmiri, Əvəz Hüseynov pambıq sahəsinə sığorta pulunun
ödənilməsi, Alidə Cəfərova məktəbin yaxınlığında olan asfalt yola sürət həddinin
azaldılması üçün maneələrin quraşdırılması və digər məsələlər ilə bağlı müraciət
ediblər. Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb,
rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına,
şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.