İcra başçısı Hacallı kəndində 55 illik yubileyi münasibəti ilə şəhid anası Gülnar Sarıyevanı ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Hacallı
kəndində 55 illik yubileyi münasibəti ilə şəhid Sabirli Əjdər Xanlar oğlunun
anası Gülnar Sarıyevanı ziyarət edərək, onu təbrik edib, şəhid anasının
qayğıları ilə maraqlanıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız
olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən
təşəkkürnamə və gül dəstəsi təqdim edib.
Qeyd edək ki, şəhid kiçik çavuş Sabirli Əjdər Xanlar oğlu 1996-cı ilin dekabr
ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub. O, Azərbaycan
Ordusunun müddətdən artıq hərbi qulluqçusu idi.
Vətən müharibəsi başlayanda 4 il idi ki, hərbidə qulluq edirdi. O, tankçı idi.
Sabirli Əjdər 11 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində
Suqovuşan, Talış kəndləri istiqamətində gedən döyüşlərdə şəhid olub və
doğulduğu kənddə dəfn olunub.
Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin müvafiq
Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad
olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif
olunub.
Şəhidin valideynləri övladları ilə həmişə qürur duyduqlarını bildirib, şəhid
ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 12-02-2024, 21:07
Xəbəri paylaş





Xəbər lenti