Hacıqabul rayon Kolanı kənd tam orta məktəbində biabrçılıq!
Bu gün səhər saatlarında Hacıqabul Rayon Təhsil Sektorunun nümayəndələri Hacıqabul rayon Kolanı kənd tam orta məktəbinə yoxlama üçün gedib, lakin nə rəhbərliyi, nə də ki işçiləri məktəbdə tapmayıblar. Direktor və müavinləri, UBR, laborant, kitabxanaçı, katibə və.s məktəbdə iş vaxtı olmasına baxmayaraq məktəbdə tapılmayıblar. Xeyli gözləyiblər k,i bəlkə gələrlər, lakin heç biri işə gəlməyib. Buna görə də gələn komissiya akt tərtib edib məktəbdə olan bəzi işçilərə imzalatdıraraq təhsil sektoruna təqdim ediblər.
Məktəbə bu cür yanaşan işçilər, rəhbərlik həmin şagirdlərdən nə nəticə, nə keyfiyyət gözləyə bilərlər.
Qeyd edək ki, son zamanlar məktəblərə ciddi tapşırılır ki, son vaxtlar mənfi hallar çox olur, nizam-intizamı gücləndirin. Məktəbdə bu vəziyyəti görən şagird hər şey edə bilər.
Üstəlik həmin məktəb haqqında saytlarda dəfələrlə mənfi hallar yazılıb. Yəni bu ilk deyil.
Mənbə: tehsilmedia.az
Tarix: 14-02-2024, 14:16