7 fevral prezident seçkilərinin nəticələri xalqımızın qalib liderinə olan sevgisinin təzahürü
ilə bərabər, həm də gələcəyə inam mesajı oldu. Bu gələcək bu gündən bizə böyük və
qüdrətli Azərbaycanı göstərir. Ölkəmizin problemlərini, milli dərdlərini həll edərək
Azərbaycanı həmin hədəflərə aparan ümumxalq rəhbərinə sevgi əbədidir.
İlham Əliyevin 20 illik fəaliyyəti onu göstərdi ki, O, təkcə ölkəmizdə sevilmir. Dünyanın
dörd tərəfində yaşayan soydaşlarımızın da vahid namizədi, alternativi olmayan lideridir.
Xarici ölkələrdə səsvermədən sonra ictimaiyyətin gözü qarşısında açılan sandıqlar
bunun bir daha sübutudur!
44 günlük Vətən müharibəsində və 23 saat 43 dəqiqə çəkən antiterror tədbirlərində
olduğu kimi 7 fevral seçkilərində qazanan Azərbaycan oldu.
İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş
həcmli layihələrdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış
kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi
veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə rəhbərinin
diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-
quruculuq-abadlıq işlərini dilə gətirib.
Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti,
görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Sarov kəndinin 797 hektar ərazisi, 337 təsərrüfatı, 1581 nəfər əhalisi var.
Ərazidə 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 poçt, 29 ticarət oyekti, 2 iaşə
obyekti, 3 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla
məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 651 baş iribuynuzlu, 548 baş xırdabuynuzlu heyvan, 6938 baş quş, 58 arı ailəsi
saxlayırlar.
Son üç ildə Sarov kəndində 3 km məsafədə kəndarası yollar təmir edilib, su arxları 5,5
km lildən təmizlənib, kənd ərazisində 1500 ədəd çəkil və 200 ədəd müxtəlif növ ağac
əkilib, suvarma üçün 1 ədəd subartezian quyusu istfadəyə verilib, yol kənarları alaq
otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra
Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini
qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən
nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha
qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac
olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Ülfət Süleymanov işlə təmin olunma, Tağı Nəsirov subartezian
quyusunun təmiri və Bildirçinli-Sarov yolunun təmiri, Rövşən Şirinov kəndə verilən
suyun normasının artırılması, Elşən Mirzəyev suvarma arxının təmizlənməsi, Babək
Əliyev işıq sayğacının dəyişdirilməsi və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon
rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına,
şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan