Rayon rəhbəri birinci Qarabağ müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Allahverdiyev Şahlar Mənsim oğlunun ailəsini ziyarət edib



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon
təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Sarov kəndində birinci
Qarabağ müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Allahverdiyev
Şahlar Mənsim oğlunun ailəsini ziyarət edib, onların problemləri və qayğıları
ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən
müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət
açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu,
belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini
bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda
aparılan nəhəng quruculuq işlərindən söhbət açıb.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev  Birinci vitse-
prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və
qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin
problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Qeyd olunub ki, şəhid Allahverdiyev Şahlar Mənsim oğlu 1964-cü il iyul ayının
19-da Tərtər rayonunun Sarov kəndində anadan olub. Orta təhsilini həmin
kənd orta məktəbində aldıqdan sonra 1982-ci ilin oktyabr ayında Sovet
Ordusu Sıralarına həqiqi hərbi xidmətə çağırılıb. 1984-cü ilin oktyabr ayınadək
Almaniyada yerləşən hərbi hissədə mina t mizləyən kimi xidmət edib. Hərbiǝ
xidmətdən qayıtdıqdan sonra yaşadığı doğma kəndində “Azərbaycan”
kolxozunda kolxozçu işləyib.
Şahlar 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olub.
1992-ci ilin may ayında könüllü olaraq "Tərtər özünümüdafiə batalyonu”na
daxil olub, hərbi hissəyə mühəndis istehkam xidmətinə zabit kimi qəbul edilib.
Bu hərbi hissədə xidmət etdiyi müddətdə Ağdərə istiqamətində gedən
döyüşlərdə iştirak edib. 1992-ci ilin dekabr ayında Müdafiə Nazirliyinin əmri ilə
baş leytenant kimi N saylı hərbi hissənin mühəndis-istehkam xidməti rəisi
təyin olunub. Bu xidməti ərzində o, yüzlərlə mina zərərsizləşdirmişdir. 1994-cü
ilin aprel ayının 13-də Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə
şəhid olub.
Subay idi. Sarov kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra təhsil
aldığı Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının binası qarşısında büstü
qoyulub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya
görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Tarix: 16-02-2024, 09:55
Xəbəri paylaş





Xəbər lenti