Rayon rəhbərinin Qaradağlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək 
onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Qaradağlı
kəndində keçirilib.
Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının
əməkdaşları, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının
rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak
ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını
fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək
dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda bildirib ki, Azərbaycan daha bir tarixi hadisəyə imza
atdı. Xalqımızın bayram əhval-ruhiyyəsi ilə keçirdiyi növbədənkənar
prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. 7
fevral seçkiləri sıradan bir seçki prosesi deyildi. Müstəqillik tariximizdə ilk
dəfə olaraq suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin
etmiş ölkəmizdə vətəndaşlar növbəti 7 il üçün dövlət rəhbərini seçirdilər. Bu
baxımdan növbədənkənar prezident seçkiləri 44 günlük Zəfər savaşının və
uğurlu antiterror tədbirlərinin xalq iradəsi ilə təsdiqlənəcək möhürü oldu və
bu səbəbdən 7 fevral seçkiləri Zəfər seçkisi kimi tarixə yazıldı. Bu seçkilərin
tariximizdə analoqu olmayan hadisə sayılmasının daha bir özəlliyi isə qalib
Xalq-qalib Lider tandemi idi.
7 fevral seçkilərində Azərbaycan seçicisinin öz iradəsini böyük fəallıq və
coşqu ilə ifadə etməsi, mütləq əksəriyyətlə Qalib Liderə səs verməsi dünya
üçün müqayisəsi olmayan nümunə oldu. Əslində, xalqımızın seçimi dünya
üçün də öncədən bəlli idi və rəsmi nəticələrdə seçkidən əvvəl keçirilən rəy
sorğuları təsdiqini tapdı. 200 illik tariximizi şərəfləndirərək Vətəni
bütövləşdirən xalqın mütləq qəhrəmanına çevrilmiş cənab İlham Əliyev
92,5 faiz - böyük səs çoxluğu ilə qalib gəldi.
Bütün beynəlxalq və yerli müşahidəçilərin, həmçinin, digər namizədlərin
rəylərində əks olunduğu kimi tam ədalətli, şəffaf şəkildə keçirilən seçkilər
dünya demokratiyası üçün də bir örnək oldu.
Rayon rəhbəri fevralın 14-də Milli Məclisdə keçirilən respublika
prezidentinin andiçmə mərasimindən, onun andiçmə mərasimində
Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı hazırkı durum və gələcək
illərdə ölkənin tutacağı xətt ilə bağlı söylədiyi geniş nitqdən danışıb.
“Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici
siyasətimizin əsas amilləridir”, prezident növbəti illərin əsas prioritetləri kimi
bunları qeyd etdiyini vurğulayıb.
İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata
keçirilən geniş həcmli layihələrdən, qələbədən sonra bərpa olunan kəndlərə
əhalinin köçürülməsindən, şəhid  qazi ailələrinə, vətən müharibəsi
veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə
rəhbərinin diqqət  qayğısı altında respublikamızda, eləcə 
rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib.
Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların
məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Qaradağlı kəndinin 1050 hektar ərazisi, 537 təsərrüfatı, 2539
nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 mədəniyyət evi, 1
körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 10 ticarət oyekti, 5 iaşə
obyekti, 4 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik 
maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin
olunub.
Sakinlər 850 baş iribuynuzlu, 410 baş xırdabuynuzlu heyvan, 6514 baş
quş, 192 arı ailəsi saxlayırlar.
Son üç ildə Qaradağlı kəndində 2 km məsafədə kəndarası yollar təmir
edilib, suvarma üçün 1 ədəd subartezian quyusu istifadəyə verilib, su
arxları 4 km məsafədə lildən təmizlənib, kənd ərazisində 1100 ədəd çəkil
və müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək
səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb,
bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu
bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Malik Hüseynov qazılması nəzərdə tutulan subartezian
quyusunda qazma işlərinə başlanılması və Eyvaz Mustafayev pay torpaq
sahəsinin zəbt edilməsi ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 1-03-2024, 22:44
Xəbəri paylaş





Xəbər lenti