İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər



Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin
deputatı Sahib Alıyevlə birlikdə Tərtər şəhərində Birinci Qarabağ Müharibəsi
şəhidi Hətəmi Vüqar Mədət oğlunun anası Əzizova Sitarə Məhəmməd qızını
70 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı ünvanda ziyarət
edərək, onu təbrik edib, şəhid anasının qayğıları ilə maraqlanıblar.
İcra başçısı Müstəqim Məmmədov şəhidin valideynlərinə Vətən üçün Vüqar
kimi oğul böyütdükləri üçün təşəkkür edib, torpaqlarımızın Vüqar kimi oğullar
sayəsində işğaldan azad olunduğunu bildirib, dövlət səviyyəsində şəhid
ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət  qayğıdan
danışıb.
Milli Məclisin deputatı Sahib Alıyev də şəhid anasını təbrik edərək, ona can
sağlığı və səbr diləyib. O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin
rəhbərliyi ilə Milli ordumuzun hərbçilərinin Birinci Qarabağ müharibəsi
şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad
olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.
Qeyd edək ki, şəhid Vüqar Hətəmi 1972-ci il dekabr ayının 15-də Tərtər
şəhərində anadan olmuşdur. Orta və peşə təhsilini şəhər 5 No-li orta və 96 No-
li Texniki Peşə Məktəblərində almışdır. 1990-cı ilin dekabr ayında keçmiş
Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. SSRİ
dağıldıqdan sonra hərbi xidmətini yarımçıq qoyaraq 1992-ci ilin may ayında
vətənə qayıdıb hərbi xidmətini Milli Ordu sıralarında davam etdirmişdir. "Tərtər
özünümüdafiə batalyonu"nun tərkibində Ağdərə bölgəsinin erməni
işğalçılarından təmizlənməsində fədakarlıqlar göstərmişdir. 21 sentyabr 1992-
ci il tarixdə Çardaqlı kəndi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuşdur.
Subay idi. Tərtər rayonunun Buruc kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri qonaqlarla Vüqarla bağlı xatirələrini bölüşüb, şəhid
ailələrinə, qazilərə göstərilən diqqət  qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 4-03-2024, 23:26
Xəbəri paylaş





Xəbər lenti