Ağstafada toxumçuluğun məhv edilməsinə kimlər maraqlıdır? - PREZİDENTƏ AÇIQ MÜRACİƏT
Ağstafa rayon sakini Prezident İlham Əliyev və Birinci-vitse Prezident Mehriban xanım Əliyeva müraciət edib. Nəsibov Adil Müseyin oğlu qeyd edir ki, 2008-ci ildən toxumçuluqla məşğul olur. Lakin yerli toxumçulara qarşı aparılan yanaşma onların tamamilə məşğul olduqları sahəni tərk etməsinə gətirib çıxarmışdır. Bu gün Ağstafada yeganə toxumçuluqla uzun illərdir məşğul olan Adil Nəsibovda artıq suni maneələr nəticəsində bu sənətindən vaz keçmə mərhələsindədir. Milli toxumçuluq illərdir qorunub saxlanması yolunda aparılan işlər bəzi məmurlar tərəfidən qəsdən sıxışdırılmaqdadır. Rayonda yeganə toxumçuluqla məşğul olan Adil Nəsibov Prezidentdən kömək istəyir. O qeyd edir ki qurumlarda ona qarşı suni manelər yaradılır. Başlıca toxumçuluğun tam ləğv edilməsində İcra hakimiyyəti böyük rol oynamaqdadır. Örüş torpaqlarını qanunsuz icarəyə verən və hər 1 hektarını 100 manat qarşılığında icarə verməklə toxumçuluğa ayıracaq torpağın olmamasını əsas gətiri. Bu gün rayonda olan şəraitlə Azərbaycanın yetəri qədər toxum ehtiyatını toplamaq mümkün olduğu halda rayon icra hakimiyyətindəki işbaz məmurlar sayəsində bu sahənində natamam qalması nəticəsinə çatmışıq. Hər bir şeyi xaricdən tədarük etdiyimiz kimi toxumuda artıq xaricdən baha qiymətlərə genefondu dəyişdirilmiş halda almaqla z üzə qalırıq. Genefondumuzun dəyişilməsində insanlarımızın xəstəliklərdən əziyyət çəkməsinə əsas səbəblərdən biridə istifadə etdiyimiz toxumların genefondlarına edilən müdaxilələrdir. Orqanik olan toxumçuluq fəaliyyətimiz isə öz insanımız tərəfindən sıxışdırılmaqdadır. Bizim fəaliyyətimizi istəməyən məmurlar Suvarma üçün su ayrılmır, torpaq icarəyə götürmək istədik aldadılaraq gözləmə rejimindəyik. Bİr ildən artıq müddətdir ki gözlə deyilir. Lakin sonda torpağın verilməsi üçün bizdən rüşvət tələb etdilir.
Cənab Prezident! Ümidimiz sizə qalıb çox xahiş edirik bizə köməklik edin. Ağstafa rayonunda icra hakimiyyətində baş verən özbaşınalıq artıq dözülməz həddə çatıb. Təsüf hissi ilə qeyd edirəm ki, salam belə icra hakimiyyətində pulla alınır. Biz toxumçuluqla məşğul olmağımız üçün qanuni torpaq sahəsi ayrılmır. Rəsmi müqavilə əsasında torpaq tələb etdim lakin bildirdilər ki, rəsmi verilən torpaqların rüsumları dövlət büdcəsinə getdiyindən bizə o qayda ilə torpaq paylamaq sərf etmir. Buda dövlət büdcəsinin artmasına İcra Hakimiyyəti daxilində suni maneələrin olmasından xəbər verir.
İcra hakimiyyəti Müavinləri rayonun kəndlərin bölür, icarəyə veriləcək torpaqları dəyərindən artıq qiymətlərə satıb ciblərin doldururlar.
Bizi kimi sahibkarları isə dövlətə düşman edirlər. 30 hektar torpaq icarəyə götürə bilməsəm toxumçuluğu ləğv etmək məcburiyyətində üz-üzəyəm cənab Prezident. Mənə köməklik göstərin tək Allaha yerdə isə Sizə pənah gətirmişik.
BakuNews.az
Tarix: 26-03-2024, 22:15