Ttanınmış vəkil “Bandotdel”ə çağırıldı: "Mənə təzyiq edirlər"

Ttanınmış vəkil “Bandotdel”ə çağırıldı: "Mənə təzyiq edirlər" Tanınmış vəkil Abdulla Əfəndizadə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Bu barədə AFN.az-a vəkil özü məlumat verib. Onun sözlərinə görə, BMCMİ-nin Müzəffər adlı şöbə rəisi martın 11-i, saat 15:22-də ona zəng edib və idarəyə çağırıb. "Mənə 055-825-92-04 nömrəsindən zəng gəldi və “Bandotdel”də şöbə rəisi Müzəffər olduğunu dedi. Martın 13-də, yəni bu gün səhər saat 10:00-da idarəyə gəlməyimi xahiş etdi. Nə ilə əlaqədar olduğunu soruşdum. Dedi ki, vətəndaş Davud Bağırovu tanıyırsanmı? Bildirdim ki, haqqında eşitmişəm. Onun məndən şikayət etdiyini söylədi və idarəyə gəlməyimi istədi”-,deyə vəkil qeyd edib.
A.Əfəndizadə bildirib ki, ona bu şəkildə təzyiq edilməsinə cəhd göstərilir: “Məsələ Dubayda yaşayan Qırğızıstan vətəndaşı Merim Beyşekeyevanın azyaşlı qızı Ceylanın ondan oğurlanaraq atası Davud Bağırov tərəfindən Bakıya gətirilməsi və Səbail Rayon Məhkəməsinin qərarı ilə övladını anasından ayırıb qəyyumluğa götürməsi ilə bağlıdır.
Mən Merimin hüquqlarını müdafiə edirəm. Eyni zamanda onları narahat edən Davud Bağırovun çirkli pulların yuması faktından söhbət gedir.
Ancaq biz demişik ki, o pullar Azərbaycan yox, Dubayda yuyulub. Bundan əvvəl də, mənə Səbail Qeydiyyat Şöbəsindən zəng ediblər.
Ceylanın adına doğum şəhadətnaməsi almaq üçün atasının necə imza atdığı sualını vermişdim. Çünki imza atıldığı dövrdə Davud Bağırov Azərbaycan olmayıb. Onlar buna heç bir tutarlı arqument gətirə bilmədilər. Görünür ki, bu məsələlərin mediada ictimailəşməsindən sonra “Bandotdel”ə şikayət etməklə hədə-qorxu gəlmək istəyirlər”.

Xatırladaq ki, bu qalmaqalda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırovanın adı hallanır. O, Davud Bağırovun bacısıdır. Dubay Apelyasiya Məhkəməsi Merimin şikayətini təmin edib. Amma Ceyla anasından alınıb və komitə bu məsələyə göz yumur. Bunlarda uşağın bibisi olan komitədəki şöbə müdiri C.Bağırovanın rolunun olduğu deyilir. Komitə sədri Hicran Hüseynovanın susqunluq nümayiş etdirməsinin səbəbi kimi də bu məsələ qeyd edilir.

Siam.az
Tarix: 12-03-2017, 14:43
Xəbəri paylaş





Xəbər lenti