Çovdarov meydan oxudu: “Qanqster general” kimə arxayındır?

Çovdarov meydan oxudu: “Qanqster general” kimə arxayındır? Kamandar Nəsibov: “İşə ədalətli baxılsa...”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilir. Martın 8-də keçirilən sonuncu məhkəmədə baş verənlər geniş müzakirəyə səbəb oldu.MTN polkovniki Füzuli Əliyev və general Sübahir Qurbanov arxayın danışdılar.Təbii ki, bir qayda olaraq özlərinə qarşı olan ittihamları qəbul etmədilər.


Şübhəsiz ki, Əliyev və Qurbanovun arxayın danışmasından sonra son nöqtəni Akif Çovdarov qoydu.Sübahir Qurbanov ona verilən suallara “yadıma salaram” şəklində arxayın cavablar verərkən, Akif Çovdarovun ona müraciət edərək “Sübahir, pobeda budet za nami” (“Qələbə bizim olacaq”)”, deməsi diqqətdən yayınmadı.

MTN işində ilginc gəlişmələr

Təhlükəsizlik üzrə ekspertlərin qənaətinə görə işlədiyi cinayətlər sübuta yetirilmək üzrə olan Akif Çovdarov və digər MTN zabitlərinin arxayınlığı təsadüfi deyil. Hesab olunur ki, keçmiş MTN başçısı Eldar Mahmudovun dəstəkçiləri tərəfindən azadlığa çıxacağıyla bağlı təminat alan Akif Çovdarov növbəti məhkəmə proseslərində verdiyi ifadələri dəyişə bilər. Digər yandan Mahmudov və Çovdarov cinayətlərinin zərərçəkmişlərinin də irəli sürdüyü ittihamlardan imtina etməyə başladıqları deyilir. Gələn məlumatlara görə, Mahmudov kriminal qruplaşmasındakı “sağ əli”ni həbs təhlükəsindən sığortalamaq üçün digər addımları da atıb. Belə ki, Mahmudovun bu günədək istintaqa məlum olmayan və məhkəməyə cəlb edilməyən zərərçəkmişləri ölkədən çıxarmağa başladığı deyilir.Həmin şəxslərdən qonşu ölkələrdən birinə getdikləri bildirilir. O da ehtimal olunur ki, Mahmudov zərərçəkmişlərin bir qismini susdurmaq üçün çəkdikləri zərərlərin bir qismini kompensasiya edib.
“Odioz general”ın Akif Çovdarovu həbsdən qurtarmaq cəhdləri üçün canfəşanlıq göstərməsinə gəlincə, əvvəllər də qeyd etmişdik ki, o, bunu özünü həbs təhlükəsindən sığortalamaq üçün edir.Çovdarovda Mahmudovun işlədiyi cinayətlərə dair kifayət qədər faktın olduğuna şübhə yeri yoxdur.

“Çovdarovun üzünə duranlar iddialarından geri çəkilirlər”

Çovdarov meydan oxudu: “Qanqster general” kimə arxayındır?

Akif Çovdarovun vəkili Kamandar Nəsibov “Cümhuriyət” qəzetinə müdafiə etdiyi bu şəxsə qarşı irəli sürülən ittihamları qəbul etmədiyini deyib. K.Nəsibov hesab edir ki, keçmiş MTN zabiti əsassız yerə saxlanılıb: “Əgər işə ədalətli baxılsa, Akif Çovdarov azadlığa çıxa bilər. İndiyədək keçirilmiş məhkəmə proseslərində irəli sürülmüş ittihamların heç biri sübuta yetirilməyib.Prosesə bir sıra adamları qondarma ittihamlarla zərərçəkmiş şəxs qismində cəlb ediblər.Həmin “zərərçəkmişlər”in özləri də deyirlər ki, biz zərərçəkmiş deyilik.Son məhkəmə prosesində də ərazi yazdıqları ərizlərdə də zərərçəkmiş olmadıqlarını bildirdilər.digər “zərərçəkmişlər” də var ki, onlar Akif Çovdarov və digərlərinə pul verdiklərini iddia edirlər, bunların da heç biri sübuta yetirilməyib. Onların hamısı saxta ittihamlarla “bas məmmədə” məhkəməyə cəlb ediliblər.Heç bir “zərərçəkmiş”in izahatları, “əsasları” və ərizələri yoxlanılmadan məhkəməyə göndəriliblər.Gedişatda da ortaya çıxır ki, bu “əsasların” hamısı “barmaqdan sorulmuş” məsələlərdir”.

Kamandar Nəsibov qeyd edib ki, həmin şəxslərin əksəriyyəti dələduzluqla məşğul olan, dövlətə məxsus pulları qanunsuz yollarla mənimsəyən adamlardır:

“İndi həmin şəxslər məhkəmənin davam etdiyi vaxt, mətbuatda Akif Çovdarovun üzünə dururlar. İddia edirlər ki, “pulları Çovdarova vermişik, ondan alan kimi millətə verəcəyik”. Biz hesab edirik ki, ona qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur, hamısı qondarma işlərdir”.Xatırladaq ki, Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Əfqan Ədilov
Cebhe.info
Tarix: 12-03-2017, 21:05
Xəbəri paylaş





Xəbər lenti