Siqaret satan deputat təklif edir- QİYMƏT ARTIRILSIN!

Siqaret satan deputat təklif edir- QİYMƏT ARTIRILSIN! Ölkənin əsas siqaret istehsalçısı olan “European Tobacco-Baku” ASC-nin Müşahidə Şurasının sədri, deputat Rüfət Quliyev Milli Məclisin bu gün keçirilən iclasında siqaretə qarşı mübarizənin qiymətlərin artımından keçdiyini deyib. Gununsesi.info-nun parlament müxbirinin sözlərinə görə, deputatın bu çıxışı bir çoxlarının gülüşünə səbəb olub. Belə ki, hər kəs onun bu dediklərinin əslində insanların siqaretdən uzaqlaşdırılmasına yox, özünün biznes maraqlarına xidmət etdiyini düşünüb.
Rüfət Quliyev həmçinin, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycanda filtrsiz siqaretin istehsalının qadağan olunmasını təklif edib.
Siqaret satan deputat təklif edir- QİYMƏT ARTIRILSIN!
Tarix: 14-04-2017, 23:13
Xəbəri paylaş





Xəbər lenti