Eldar Mahmudovun generalı həbs etməsində yeni müdhiş - İddialar

Eldar Mahmudovun generalı həbs etməsində yeni müdhiş - İddialar MTN şefi Eldar Mahmudovun fəaliyyəti dövründə elədiklərinin üstü bir-bir açılmaqdadır. Onlardan biri də “qara kəmər” əməliyyatıdır ki, yenidən gündəmdədir

Bu barədə Ulus.Az-ın yaydığı məlumata görə, sabiq nazirin daha bir işi Zakir Nəsirovun azadlığa çıxmasıyla faş olub.

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, general - mayor Zakir Nəsirovun azad olunması bir sıra mətləbləri aydınlığa çıxarıb.

Vəkil Aslan İsmayılov deyib ki, bu illər ərzində Zakir Nəsirov kimi peşəkar, vicdanlı, sadə, təvazökar ikinci bir insan görməyib:

“Onun həbsdə olduğu müddət prokurorluq, polis, məhkəmə işçilərinin hər dəfə onun həbsinini Azərbaycanda baş vermiş ən böyük haqsızlıq kimi qiymətləndirmələrinin şahidi olmuşam.

Zakir Nəsirovun fəaliyyətı və həyatı ilə daha yaxından tanış olmağımın digər səbəbi isə Nərimanov ikinci 20 saylı dairəsindən bir neçə dəfə Milli Məclis seçkilərinə qatılmağımdır.

Zakir Nəsirov həmin ərazidə yaşamışdır. Hər dəfə onun mənzili yerləşən həyətdə seçicilərlə görüş zamanı onun haqqında çoxlu müsbət fikirlər eşitmişəm. Onun qonşuları haqqında sanki doğmaları kimi danışırdılar”.

Ulus.Az-ın yaydığı məlumata görə, vəkil ümumiyyətlə Hacı Məmmədov işinin açılmasının MTN-nin şanlı uğuru kimi qələmə verilməsinin haqsızlıq sayır:

“Dəqiq bildiyim odur ki, həmin cinayət işindəki epizodlar hələ Azər Vahabzadə Respublika Prokurorluğunda İstintaq idarəsinin rəisi işləyən vaxtlar müəyyən edilmişdir. Sadəcə həmin vaxtlar onlara bu işin sonuna çatmasına imkan vermədilər.

Baş Prokuror Eldar Həsənov və Azər Vahabzadə vəzifələrindən uzaqlaşdırıldılar və həmin idarə tamam darmadağın edildi. Hacı Məmmədovun qanuna zidd olaraq illərlə MTN-də saxlanması da onun Zakir Nəsirov haqqında verdiyi ifadə ilə də bağlı idi.

Zakir Nəsirovun həbs edilməsində əsas məqsəd onun nazir Ramil Usubov haqqında ittihamedici ifadələr almaq idi. Əminəm ki, əgər o istənilən ifadələri versə heç vaxt həbs edilməyəcəkdi”.

Ulus.Az-ın yaydığı məlumata görə, Z.Nəsirov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 16 yanvar tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.

2005-2007-ci illərdə davam edən istintaq hərəkətləri və məhkəmə prosesləri zamanı Eldar Mahmudovun rəhbərlik etdiyi MTN-dəki çete general Zakir Nəsirovu həbsdə sıxışdırmaqla ondan hazırki daxili işlər naziri Ramil Usubovun əleyhinə ifadə almağa çalışsa da, buna nail ola bilməmişdi.

Ona təklif olunmuşdu ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin adam oğrusu və qanqster Hacı Məmmədovu himayə etməsi və bu işlərdən xəbəri olması haqda ifadə versin.

Zakir Nəsirov dövlət təltiflərindən və general-mayor rütbəsindən də məhrum edilib. Nəhayət 2015-ci ildə Eldar Mahmudov nazir vəzifəsindən alındı, MTN isə ləğv edildi.

Oradakı quldur dəstəsi zərərsizləşdirildi, onun üzvləri həbs olundu. MTN-nin ləğvindən sonra general Zakir Nəsirovun əfv olunacağ gözlənilirdi. Və bu, baş verdi.
Tarix: 18-04-2017, 21:37
Xəbəri paylaş





Xəbər lenti