24saat.org saytının 1 yaşı tamam oldu

24saat.org saytının 1 yaşı tamam oldu Bu gün 24saat.org saytının fəaliyyətə başlamasının bir ili tamam olur.



24saat.org saytı mediaya basqıların şiddətli xarakter aldığı bir dönəmdə fəaliyyətə başlayıb və qısa müddətdə adını ciddi media orqanlarının sırasına yazdıra bilib. Mətbuatın qütbləşdiyi, iqtidar-müxalifət cəbhəsinə bölündüyü bir dönəmdə müstəqil informasiya siyasəti həyata keçirən 24saat.org məhz bu səciyyəvi xüsusiyyətinə görə ictimai rəyə ciddi təsir edə bilir.



Məhdud imkanlarla qısa zaman kəsiyində belə nailiyyət əldə etmək əlbəttə ki, gərgin əməyin, xəbərə xəyanət etməməyin, operativlik və dürüstlüyün nəticəsidir. 24saat.org saytının təsir gücünün artması, ciddi media orqanı olaraq hökumətin informasiya blokadasını yara bilməsi özünü sayta olan hücumlarda da göstərir. Bir il ərzində sayt dəfələrlə haker hücumlarına məruz qalıb. Hətta bu barədə beynəlxalq media orqanlarında da yazılıb. Lakin bu hücumlar və maliyyə böhranı məhdud sayda olan kollektivi ruhdan salmayıb. Eyni zamanda saytın bir KİV olaraq yolundan sapmasına, tərəfsizlik prinsipinə də xələl gətirə bilməyib. 24saat.org bu gün də 24 saat ərzində Azərbaycan oxucusunu bütün maddi maraqlardan uzaq, obyektiv məlumatlarla operativ qaydada təmin etməkdədir.

24saat.org bütün bəzək-düzəklərdən uzaq həqiqət carçısıdır. Həqiqət isə Bualonun təbirincə desək sadə və təvazökar olur.

Siam.az olaraq 24 saat.org-un kollektivini və 24saat.org sevərləri təbrik edir , uzun illər sosial mediadakı öncüllüyünü qorumağı arzu edirik.
Tarix: 18-04-2017, 22:55
Xəbəri paylaş





Xəbər lenti