“Baş liftçi” medianın ağzını necə yumdu? – Haqqında çıxan yazıları sildirməyə başlayıb

“Baş liftçi” medianın ağzını necə yumdu? – Haqqında çıxan yazıları sildirməyə başlayıb Bakı şəhər İcra hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı Lift-Təmir İstehsalat Birliyi”nin rəhbəri Qüdrət Şükürov neçə gündür keçmiş qudasının və kürəkəninin mətbuatda barəsində açıqladığı korrupsiya faktları ilə üz-üzə qalıb. Bir neçə gündür medianın əsas manşetlərini bu məsələ tutub.

Əhvalat isə belə başlayıb ki, Q.Şükürovun bir dəfə evli olmuş qızı Aysel Şükürova yenidən ailə qurub. Ailə qurduğu şəxs isə hazırda məhkəməsi gedən MTN generalı Akif Çovdarovun qohumudur. Toy Bakının hazırda ən elitar və ən bahalı şadlıq sarayı olan “Böyük Saray”da baş tutub.

Bu toy barədə mətbuat yəqin ki, xəbər tutmazdı, əgər Şükürovun keçmiş kürəkəni Elşən Əsgərli bu haqda aləmə car çəkməsəydi. Əvvəlcə mətbuatda Qüdrət Şükürov qızının toyuna 400 min manat xərc çəkdiyini yazmağa başladılar.

Lakin daha sonra qalmaqal qızışdı. Keçmiş kürəkəni Qüdrət Şükürov barədə kompromatlar açıqlamağa başladı. Belə məlum oldu ki, Şükürovun qızının əri əsgərlikdə olanda özünə yeni sevgili tapıb. O da üzə çıxdı ki, Şükürov yeni kürəkəninə son model “Porcshe” bağışlayıb və s.

Bundan başqa, Şükürovun keçmiş qudası Rafail Əsgərov onun İstanbulda “Koru-Florya”dan 1.7 milyon dollara iki mənzil aldığına şəxsən şahidlik etdiyini bildirib. Əsgərov mütəlif istansiyalara göndərdiyi məktubunda yazıb ki, 2013-cü ilin aprelində qudasının təklifi ilə onunla birlikdə Moskvaya gedib. Şükürov orada “Otis lift”in baş direktoru Vardan Avakyanla görüşərək müqavilə bağlayıb. Daha sonra İstanbula uçub və “Koru-Florya”dan iki mənzil alıb.

Mənzillərin pulunu isə “Otis Lift”in Andrey adlı əməkdaşı “otkat” olaraq köçürüb…

Mətbuat Qüdrət Şükürov və ailəsi, onun keçmiş kürəkəni ilə münasibətləri barədə də xeyli şeylər yazıb. Bunlar haradasa ailədaxili münaqişə kontekstində dəyərləndirilə bilər və ciddi mətbuatda ictimai müzakirəyə çıxarılmağa layiq məsələlər deyil. Əsas məsələ şübhəsiz ki, Qüdrət Şükürovun zəngin həyat tərzi, malik olduğu sərvət və dəbdəbənin mənbəyidir.

Bəs vəzifəcə balaca olan, ayda 550 manat maaş alan məmur Qüdrət Şükürov bu cür dəbdəbəli həyata necə nail olub?

Görünür hər gün Q.Şükürovun vəzifəsindən sui-istifadə edərək əldə etdiyi pullar haqqında mətbuatda yazıların dərc edilməzi adıçəkilən şəxsi yamanca narahat edib.

Elə bu səbəbdəndir ki, Şükürov pulu ilə ala biləcəyi media orqanlarına adamlarını göndərməyə başlayıb. Belə ki, Skrom.Net-in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Şükürov media üçün “kisəsinin” ağzını açıb və barəsində dərc edilmiş yazıları bir çox tirajlı saytdan çıxartdırıb.

Həmin saytlar ölkədə yetərincə oxucu sayına malik olduqları üçün onlarla bir neçə min manat pul müqabilində anlaşma edilib. Anlaşmaya əsasən bu günə qədər Şükürov haqqında dərc edilən bütün yazılar saytlardan silinib və dayandırılıb.

Bakı sakinlərini xarab, çürümüş lifdən istifadə etməyə məcbur edib əvəzində öz cibini dolduran Şükürov isə öz işinə davam edir.



Yekunda Qüdrət Şükürov barədə dərc edilmiş silsilə yazıları yenidən diqqətinizə çatdırırıq:

“Baş liftçi” medianın ağzını necə yumdu? – Haqqında çıxan yazıları sildirməyə başlayıbTros oğrusu”nun çox böyük əməlləri: keçmiş quda bütün sirləri açdı

…Bakının çoxmərtəbəli yaşayış binalarının sakinlərindən az qala hər gün liftin xarab olması, yaxud yerli-dibli işləməməsi barədə şikayətləri eşitmək olar. Və heç kimə sirr deyil ki, əksər hallarda xarab olan liftləri elə sakinlər öz aralarında topladıqları pulla təmir etdirir. Bunlar azmış kimi son illərdə dəfələrlə Bakı şəhərində insan ölümləri ilə nəticələnən lift qəzaları baş verib. Bəs … Oxumağa davam et: “Baş liftçi” medianın ağzını necə yumdu? – Haqqında çıxan yazıları sildirməyə başlayıb“Tros oğrusu”nun çox böyük əməlləri: keçmiş quda bütün sirləri açdı

…Bakının çoxmərtəbəli yaşayış binalarının sakinlərindən az qala hər gün liftin xarab olması, yaxud yerli-dibli işləməməsi barədə şikayətləri eşitmək olar. Və heç kimə sirr deyil ki, əksər hallarda xarab olan liftləri elə sakinlər öz aralarında topladıqları pulla təmir etdirir. Bunlar azmış kimi son illərdə dəfələrlə Bakı şəhərində insan ölümləri ilə nəticələnən lift qəzaları baş verib. Bəs … Oxumağa davam et:“Baş liftçi” medianın ağzını necə yumdu? – Haqqında çıxan yazıları sildirməyə başlayıb400 min dollara toy edən vəzifəli məmur “tros oğrusu” çıxdı – sərvətin qaynağı bilindi

Baş liftçini həbsə götürəcək sensasion faktlar; Övladının 400 min dollarlıq toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi haqqında heyrətamiz məqamlar açıqlanıb; onun tabeliyində çalışan mütəxəssis hər şeyi açıqladı; dövləti talayıb, iqtidarı aldadıb… Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yeni məlumatlar üzə çıxıb. Musavat.com-un əldə … Oxumağa davam et:
Tarix: 25-04-2017, 00:23
Xəbəri paylaş





Xəbər lenti