Cavid Qurbanov Fəzail Bağırovu postunada saxlayacaqmı?

Cavid Qurbanov Fəzail Bağırovu postunada saxlayacaqmı? Vətəninfo.az xəbər verir ki, bu gün Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin konfransı keçiriləcək.Məlumata görə, 2005-ci ildən bu yana Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinə rəhbərlik edən Fəzail Bağırovun kreslosu laxlamaqdadır. İddialara görə, Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin rəhbərliyinə gəldikdən sonra, bütün postlardan Ziya Məmmədovun kadırlarını uzaqlaşdıraraq yerinə öz adamlarını yerləşdirməkdədir və Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi sədri postu da ele-belə post olmadığından cənab Qurbanov bu posta özünə yaxın birinin olmasın düşünür.

Amma məsələ orasındadır ki, Fəzail Bağırovda elə-belə fiqur deyil. Cənab Bağırov 2005-ci ildən Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının sədri olmasına baxmayaraq, həmkarlar hərakatında uzun illər sayılıb-seçilən həmkarlarçı olub. 1991-ci ildən Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində təlimatçı, təşkilat və mənzil-məişət şöbəsinin müdiri, 2000-ci ildən sədr müavini, nəhayət 2005-ci ildən isə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının sədri olan Fəzail Bağırov eyni zamanda da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisinin və İcraiyyə Komitəsinin üzvüdür.Azərbaycan Respublikasının «Tərəqqi» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» və «Həmkarlar İttifaqında xidmətlərinə görə» medalları, «Fəxri Dəmiryolçu» döş nişanı ilə təltif olunub.Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Fəzail Ağamməd oğlu Bağırov 3-cü dərəcəli "Vətənə xidmətə görə"ordeni ilə təltif edilib.

Bütün sadaladığımız uğurlu həmkarlar hərəkatı öncüllərindən olan Fəzail Bağırovun keçiriləcək konfransda yenidən Cavid Qurbanova rağmən seçilib-seçilməyəcəyin konfrans nüyəndələri müəyyənləşdirəcək.
Tarix: 25-04-2017, 09:35
Xəbəri paylaş





Xəbər lenti