"Sənin nə yaşın, nə tərbiyyən çatmaz ki, şəxsən mənə irad bildirəsən"

"Sənin nə yaşın, nə tərbiyyən çatmaz ki, şəxsən mənə irad bildirəsən""Sənin nə yaşın, nə tərbiyyən çatmaz ki, şəxsən mənə irad bildirəsən" Eşitdim ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib. Və onun başından yekə danışmasını əks etdirən videogörüntünü də izlədim. Diqqətimi cəlb edən ən maraqlı məqam, bu rus-erməni xanıma hayıl-mayıl olan azərbaycanlı dostlarının ona burada onu necə tənqid və təhqir etdikləri haqqında mütəmadi məlumatlar çatdırılması epizodu idi.

Və onu da bilirəm ki, bu özündənrazı Rusiya rəsmisini ən çox tənqid edən və bəzən də hesab edirəm ki, haqlı olaraq təhqir edən şəxslərdən biri də mən Qarabağ müharibəsinin iştrakçısı və veteranı, ixtisasca hərbi-siyasi jurnalist, həm keçmiş SSRİ, həm də Azərbaycan Jurnalistlər Birlıyinin üzvü olan Cəfərov Üzeyir Eldar oğlu olub. Bu xanımdan soruşmaq istərdim ki, əgər belə ürəkli və cəsarətli adamsansa, adını açıqla ki, kim səni təhqir edib? Sənin məni və mənim kimi digər həmkarlarımı da ədəbsiz, tərbiyyəsiz və mədəniyyətsiz adlandırmağa cavab olaraq bəyan edirəm ki, biz tərəflərdə sənin kimi rəsmi və ya qeyri-rəsmi adama siyasi fahişə və ya əsl fahişə deyərlər. Sən əvvəl öz hərəkətlərinə diqqət et, sonra isə biz Azərbaycanlı jurnalistlərə qiymət ver. Sənin nə yaşın, nə tərbiyyən, nə də mədəniyyətin çatmaz ki, şəxsən mənə nə isə irad bildirəsən. Mən bu fikirlərimi sənə çox rahat şəkildə rus dilində də yaza bilərdim, amma bilirəm ki, sənin Bakıda çoxlu pərəstişkarların və dostların var. Olsun. Və onu da bilirəm ki, sənə bu məlumatı da çatdıracaqlar ki, Bakıda bir nəfər yenə sənə "ürək sözlərini" izhar edib.
Sözlərinə və hərəkətlərinə diqqət etməyəcəyin təqdirdə, şəxsən mənim tərəfimdən ən sərt və amansız tənqidlərə və yeri gəlsə təhqirlərə də məruz qalacaqsan. Sən hər halda unutmamalısan ki, hansısa sıravi adam deyil, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsisən. Əli dizə kimi azərbaycanlıların qanına batmış ermənilərə öz sevgini, simpatiyanı və ülvi qadın hisslərini sən açıq publik şəkildə deyil, ikilikdə, dar məclislərdə və ya tədbirlər zamanı diplomatik və ya qeyri-diplomatik formada səsləndirə bilərsən. Amma, elə etməlisən ki, sənin pozaların və ya sözlərin biz azərbaycanılıarın heysiyyatına toxunmamalı, bizi incitməməlidir. Biz Azərbaycan Vətəndaşları hər bir kəsə, xüsusən də xanımlara böyük hörmət və diqqət göstərməyə hər zaman çalışmışıq və çalışırıq. Amma, görəndə ki, kimsə özünü bizə yuxarıdan aşağı baxaraq aparır, biz ona yerini və yurdunu göstərir, bəzi etik qaydaları xatırladırıq.
Azərbaycan mətbuatı sizin düşündüyünüz kimi deyil. Burada şükürlər olsun ki, hər kəs çalışır ki, ölkəsinin maraqlarını qorusun. Görəndə ki, onun millətindən olan başqa dövlətin vətəndaşına, konkret olaraq Dilqəm Əsgərova sizdə belə saymazyana münasibət var, bəlkə susmalıyıq? Olmaya sizin bizə düşmən kimi yanaşan ermənilərə açıq şəkildə məhəbbət hissləri hiss etməyinizi dilinizə gətirməyinizə biz əl çalıb alqışlamalıyıq? Ona görə də, bir daha deyirəm ki, Mariya Zaxarova, siz səhv yoldasınız. Nə qədər bunu tez anlasanız, bir o qədər əvvəlki kimi bizim üçün Mariya xanım Zaxarova ola bilərsiniz. Odur ki, müəyyən xəbərlərlə bağlı bizdən Sizə daxil olan məlumat və danoslarla bağlı aşağıdakı xahişimi çatdırmağı rica edirəm. Bakıdakı dostlarınız sizə yazdıqlarımızı doğru-düzgün tərcümə etsinlər. Çətinlikləri olsa, mən sizə ünvanlanmış bu müraciəti rus dilində də yazıb göndərə bilərəm.

Bakıdan Moskvaya atəşin salamlar göndərən Üzeyir Cəfərov,
ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist!
Tarix: 28-04-2017, 10:29
Xəbəri paylaş





Xəbər lenti