Toya gedən bəy xilas edilib — VİDEO (YENİLƏNİB)

Bakıda bəy toy günü faciəvi şəkildə dünyasını dəyidiyi haqda xəbər yayılmışdı. Toya gedən bəy xilas edilib — VİDEO (YENİLƏNİB) Ölkə.Az xəbər verir ki, AzVision.az saytının yaydığı xəbərdə "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış b
nalarından birində liftin qırıldığı və hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəyin dünyasını dəyişdiyi qeyd edilib.

***

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ölkə.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 19:24-də başa çatıb.
Tarix: 30-04-2017, 22:39
Xəbəri paylaş





Xəbər lenti