İcra başçısının qaynı MTN generalının məhkəməsində dindiriləcək - RAFIQ SƏFƏROV QANUNSUZ GÖSTƏRİŞLƏR YERİNƏ YETİRİB

İcra başçısının qaynı MTN generalının məhkəməsində dindiriləcək - RAFIQ SƏFƏROV QANUNSUZ GÖSTƏRİŞLƏR YERİNƏ YETİRİB Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti-terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyevin məhkəmə prosesinə start verilib. Generalın ittiham aktında əks olunanlar bu prosesdə bir sıra sensasion məqamların üzı çıxacağını göstərir.
Gununsesi.info-nun Elçin Quliyevin ittiham aktına istinadən verdiyi xəbərə görə, məhkəmədə dindiriləcək şəxslər arasında Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qaynı Rafiq Səfərov da var.
Belə ki, vaxtilə, MTN-nin Xəzər Rayon İdarəsinin rəisi işləyən Rafiq Səfərov Elçin Quliyevin göstərişi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun razılığı ilə qanunsuz əməl törədiblər.
Tarix: 1-05-2017, 15:10
Xəbəri paylaş





Xəbər lenti