“Bəzi məlumatlara görə, 40-dan çox adam həbs edilib…” - Xain şərəfsizlər şəbəkəsi

“Bəzi məlumatlara görə, 40-dan çox adam həbs edilib…” - Xain şərəfsizlər şəbəkəsi “Bir qrup hərbi qulluqçular və digər mülki şəxslər düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”… Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə bəyanatda deyilir. Bəzi məlumatlara görə, 40-dan çox adam həbs edilib artıq”.
Gununsesi.info-nun xəbərinə görə, bunu tanınmış hüquqşünas İlqar Altay bir az öncə paylaşdığı “Facebook” statusunda yazıb.
Statusu olduğu kimi, təqdim edirik:

“Azərbaycanda vətənə xəyanət əməli üzrə görünməmiş miqyaslı hadisədir. Bəyanatın mahiyyəti, əməliyyat tədbirinin genişliyi-miqyası, həbs edilib təqsirləndirilən şəxslərin çoxluğu və müxtəlif təbəqələrdən (hərbi, mülki və s.) olması cinayətin həqiqiliyini və hüquq-mühafizə orqanlarının tədbirlərini şübhə altında qoymur. Ermənistan tərəfi susur, oyuncaq Qarabağ rejiminin guya bu tədbirin hərbidəki “dedovşinanın” qarşısını almaq məqsədi güddüyü barədə bəyanatı məntiqdən uzaq və absurd səslənir.
Belə grünür ki, belə bir miqyasda xəyanət əməlinin ifşa olunması və artıq çoxsaylı həbslərin başlanması bir günün, bir ayın işi deyil. Yəqin ki, bu, nəticədir və başlanğıcı aylar və bəlkə də il əvvələ, təxminən keçən ilin aprel döyüşlərinə gedib cıxa bilər. Sözsüz ki, uzun müddət xüsusi xidmət orqanları tərəfindən məxfi əməliyyat tədbirləri keçirilib, tədricən bu qədər xəyanətkarın ifşası prosesi üçün xüsusi sistemli iş aparılıb.
Burada, cəmiyyəti düşündürə biləcək iki əsas və vacib məsələni vurgulayaq. Birincisi odur ki, çox təəssüflə qeyd edim və bir neçə dəfə də yazılarımda qeyd etmişəm ki, bizim mentalitetə pul, maddiyyat, qeyri-halal gəlir əldə etmə hakim kəsilir. Varlıdan tutmuş kasıbacan. Hətta, bu pul, mal, rüşvət ehtirasının düşmənlə əlaqəyə girib vətənin mənafeyinə zərbə vurduğumuz anlamını üstələməsi dərəcəsində.
İkinci xoş tərəf odur ki, bizim hüquq-mühafizə orqanları, nə tənqidi tərəfi olsa da, o görünür ki, vətənin, dövlətin təhlükəsizliyi məsləsində mübariaz, qətiyyətli mövqedədirlər. Xüsusən də, Dövlət Təhlükəsizlik Xidmətinin yaranması və sağlam fəaliyyətindən başlayaraq dövlətin təhlükəsizliyinin ciddi və sistemli qorunması yüksələn xəttıə artır.
Qoy dərs olsun, bu son irimiqyaslı əməliyyat, vətəni maddiyyata görə satanlara da, bu fikrə düşmək istəyənlərə də…”
Tarix: 8-05-2017, 08:53
Xəbəri paylaş





Xəbər lenti