XƏTAİ İCRA BAŞÇISINI SABİQ "MTN ŞEFİ"NİN SAHİBKAR DOSTU İLƏ NƏ BİRLƏŞDİRİR?

YAŞILLIQLAR "SƏDƏRƏK YUSİF" İN TİKİNTİ BİZNESİNƏ QURBAN GEDİR XƏTAİ İCRA BAŞÇISINI SABİQ "MTN ŞEFİ"NİN SAHİBKAR DOSTU İLƏ NƏ BİRLƏŞDİRİR? Paytaxtın Xətai rayonunun Qaçaq Nəbi küçəsi ilə Məzahir Rüstəmov küçəsinin arasındakı vaxtilə yaxınlıqda yaşayan sakinlər üçün istirahət parkı kimi xidmət etmiş böyük bir ərazi işğal olunmaqdadır. Əvvəllər çoxillik şam, küknar ağaclarıyla əhatələnmiş, fəvvarəli böyük hovuzun yerləşdiyi bu parkı qəsb edən "Sədərək Yusif" ləğəbi ilə tanınan iş adamı Yusif Qədimbəylinin rəhbərliyi ilə Ələsgər adlı şəxs ağacları kəsib, orada yerləşən şəhid büstünün də yerini dəyişdirib yerində yaşayış binası inşa etdirib, mənzillərini sataraq böyük qazanc əldə ediblər.
Sakinlərin dəvəti ilə əraziyə baxış keçirərək videoçəkiliş etdiyimiz zaman bu ünvanda əvvəldən yaşayan insanlar təzə tikilən binaların inşası zamanı yerli infrastrukturun nəzərə alınmadığını, asudə vaxtlarını keçirmələri üçün yer saxlanılmadığını deyir, hökumətin baş verənlərə nəzarət etmədiyindən gileylənirdilər. Sakinlər bildirirlər ki, "Sədərək Yusif"in inşa etdirdiyi həmin binanın altında istifadəyə verilən "Kiçik Mələklər" uşaq bağçası da kasıb balaları üçün əlçatan deyildir. Onların sözlərinə görə, indiyədək etdikləri şikayətlərə yuxarı instansiyaların heç birində əhəmiyyət verilməyib. Hətta ölkə prezidentinə ünvanladıqları müraciətnamələr də adresata çatdırılmayıb, dəftərxanalarda "it-bata" düşüb. Səbəb də aydındır: Bu məsələdə insan faktoru deyil, biznes maraqları və korrupsiya amili hər şeyi üstələyir. Burada ağacların məhv edilməsinin qarşısını Ekologiya və Təbii Sərvətlər Nazirliyi də almaq istəməyib. Rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədov "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamədə göstərilən mühüm tələblərdən birini (bəlkə də birincisini) pozur - başçılıq etdiyi rayonun ərazisində insanların sağlamlığının, ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətini həyata keçirə bilmir.
Xatırladaq ki, məlum "MTN işi" barədə yayılan informasiyalarda "Sədərək" bazarının sahibi "Sədərək Yusif" kimi tanınan Yusif Qədimbəylinin adı ifşa olunan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələrdə, hazırlanan dövlət çevrilişinə maliyyə dəstəyi verməkdə hallanırdı. Hətta bəzi KİV iş adamını "gizli radikal müxalifətçi" kimi təqdim edir, bildirirdilər ki, Qədimbəylinin ətrafında olan adamların çoxu hələ də Mahmudovun dostlarıvə yaxınlarıdır. Təbii ki, dolaşan bu informasiyalardan RİH başçısı cənab R. Məmmədov da xəbərsiz deyildir. Bununla belə, başçının siyasi orientasiyası şübhəli olan iş adamına hal-hazırda da istədiyi şəraiti yaratması, qanunsuz əməllərinə göz yumması onları ya əqidədaşlığın, ya da korrupsiya ortaqlığının birləşdirdiyinin aşkar sübutudur desək, yanılmarıq.
DÖVLƏT QAZ NƏZARƏTİ XİDMƏTİNİN REGİONAL BÖLMƏSİ SAHİBKARLARI İNCİDİR
*
XİDMƏT RƏHBƏRLİYİ İSƏ "AZƏRİQAZ" İB-Nİ ƏSASSIZ YOXLAMALAR APARMAQDA İTTİHAM EDİR
*

Məlum olduğu kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev sahibkarlıq fəaliyyətinə süni müdaxilə edən, əsassız yoxlamalar aparan məmurlara sərt formada xəbərdarlıq edib: "Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxır gedir. Budur reallıq. Bu heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır". Ölkə başçısı bu məsələdə qətiyyətli mövqe sərgiləyərək, hələ 2015-ci ilin oktyabr ayında sahibkarlıq obyektlərində yxlamaların iki il müddətinə dayandırılması ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürmüş və bu təşəbbüs Milli Məclisdə dəstəklənərək reallaşmışdır.
Təbii ki, bu qərar iş adamları tərəfindən razılıqla qarşılandı. Sahibkarlar bu addımın ölkədə istehsal və xidmətlərin həcminin, keyfiyyətinin yüksəlməsinə təkan verəcəyini düşünürdülər.
Lakin sonrakı müşahidələr göstərdi ki, bə qərarın bəzi məmurlara sanki aidiyyati yoxmuş. Sahibkarlıq obyektlərində əsassız yoxlamalarını davam etdirən hökumət strukturları rəhbərlərindən biri də Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti Xidmətinin Yevlax Regional Bölməsinin rəisi, böyük dövlət müfəttişi Elşad Məmmədovdur. Redaksiyamıza müraciət edən Qax rayonunun Qaxbaş kənd Turizm və İstirahət Mərkəzinin rəhbəri Regional Bölmə rəisinin onun obyektini keçən ilin avqust ayında əsassız yoxlatdırdığı qənaətindədir. Sahibkar bildirir ki, Elşad Məmmədov tək onun deyil, digər iş adamlarının da fəaliyyətinə əsassız müdaxilələr edərək, iş vaxtından səmərəli istifadə edilməsinə mane olur. Sözügedən istirahət mərkəzində aparılmış yoxlamanın aktında bildirilir ki, "Qaz Təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun , "Qazdan istifadə qaydaları"nın və bu sahəyə dair normativ aktların tələblərinə riayət edilməsi vəziyyətinin müəyyənləşdirilməsi üçün PLANA UYĞUN OLARAQ araşdırma təyin edilib.
İndi isə gəlin xatırlayaq, sahibkarlıq subyektlərində aparılan nəzarət tədbirlərinin 2 il müddətinə dayandırılması nəyi nəzərdə tuturdu: Ümumilikdə yoxlamalar haqqında qanuna nəzər yetirsək görərik ki, yoxlamalar planlı və plandankənar yoxlamalar olmaqla iki hissədə keçirilir. Dayandırılan yoxlamalar məhz planlı yoxlamalardır. Plandan kənar yoxlamaların təyin olunması üçün qanunda müəyyən hallar təsbit olunmuşdur. İnsanların sağlamlığı, dövlətin təhlükəsizliyi və sahibkarların özlərinin müraciətləri belə istisna hallardandır. Sahibkarlar şikayətlənirlər ki, Eşad Məmmədov bu halların heç birinin olmadığı halda "öz planını" doldurmaqdan ötrü yoxlama aparır. Müfəttişlərin məqsədi iş adamlarının fəaliyyətində "nöqsanlar tapmaq" və yaxud, əvvəldən məlum olan nöqsanları yenidən onlara xatırlatmaqla, Regional Bölmə rəhbərinin ortaya qoyduğu korruptiv şərtlərə boyun əydirməkdir.
Onu da qeyd etməyə dəyər ki, istehlakçıların qaz qurğularının ildə bir dəfə texniki baxışını keçirmək isə "Azəriqaz" İstehsalat Birliyinin vəzifəsidir. Dəfələrlə mətbuatda informasiyalar dolaşıb ki, Dövlət Qaz Nəzarəti Xidmətinin mənsubları "Azəriqaz"ın işçilərini abonentləri əsassız yoxlamalarla narahat etməkdə ittiham ediblər. Bizim göstərdiyimiz misalda isə əksinədir- DQNX-nin regional bölməsi "reketçilik"edir.//AZERİNFO//
XƏTAİ İCRA BAŞÇISINI SABİQ "MTN ŞEFİ"NİN SAHİBKAR DOSTU İLƏ NƏ BİRLƏŞDİRİR?
XƏTAİ İCRA BAŞÇISINI SABİQ "MTN ŞEFİ"NİN SAHİBKAR DOSTU İLƏ NƏ BİRLƏŞDİRİR?
XƏTAİ İCRA BAŞÇISINI SABİQ "MTN ŞEFİ"NİN SAHİBKAR DOSTU İLƏ NƏ BİRLƏŞDİRİR?
Tarix: 13-05-2017, 21:49
Xəbəri paylaş





Xəbər lenti