Gültəkin Hacıbəylinin dediyi MTN-çi deputatlar kimlərdir? - Müdhiş iddialar

Gültəkin Hacıbəylinin dediyi MTN-çi deputatlar kimlərdir? - Müdhiş iddialar MTN işində agentura şəbəkəsinin kod adlarının açıqlanması, bəzilərinin kiml üzə çıxması gündəmin əsas mövzularından birinə çevrilib

Eldar Mahmudovla işləyən QHT rəhbərlərindən birinin keçmiş maliyyə naziri Fikrət Yusifovun olduğu barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumatlar yayılır.

Ulus.Az-ın xəbərinə görə, artıq mahmudovçular arasında deputatların olması haqda xəbərlər yenidən aktuallaşıb. Onların kimli açıqlanmır, lakin izinə düşməyə başlanıb.

Sabiq deputat Gültəkin Hacıbəyli də 2 deputatın E.Mahmudovla işlədiyini yazıb: “MTN məhkəməsində artıq hamıya bəlli olan, “yanmış” agentlərin adlarını açıqlayırlar. Görünür, pul azaldığından, ballasta gərək yoxdur. Ancaq bu gün də ciddi işlə məşğul olan agentlərin heç birinin adı açıqlanmır. Vaxt gələcək, onlar da ifşa olunacaqlar”.

Sabiq deputat daha sonra yazır: “Vaxtilə MTN-də yüksək vəzifədə işləyib təqaüdə çıxmış uzaq bir qohumum mənə konkret olaraq ona məlumat ötürən iki millət vəkilinin adını və kod adını demişdi. İkisi də bu gün də “bərkgedən” deputatlardandır. Hər dəfə onları görəndə polkovnikin dedikləri yadıma düşür”.

Mətbuatda E.Mahmudovla əlaqəsi olan deputatların adlarına rast gəlmək olar. İddialara görə, onların mandat sahibi olmasında MTN rəhbərliyinin rolu olub. Sabiq nazirin “kölgə komandası” kimi adı keçən millət vəkilləri arasında Malik Həsənovun adı xüsusi keçir.

Sabiq nazirə bağlı olduğu deyilən deputatların siyahısı çox ilgincdir. Mandatı ləğv edilən Çingiz Əsədullayev (həm də sabiq nazirin qudasıdır), Malik Həsənov, Rüfət Quliyev, Əsabil Qasımov, Hacı Salayev, Rafael Cəbrayılov... Yəni hamısı biznesmen-deputatlar, oliqarxlara bağlı iş adamlarıdır.

Eldar Mahmudovun hakimiyyətdə klan yaratdığı söylənilir və onunla bağlı bir neçə nazir və komitə sədrinin olduğu deyilir.

E.Mahmudovun əlindəki rıçaqlardan istifadə edərək, hakimiyyət daxilində ən effektli klan qurub ona başçılıq etməsini deməsi bu hadisələrə qismən işıq salır. Sabiq səfir deyib ki, Mahmudov klanına çox məşhur nazirlər daxil imiş.

Bundan qabaq YAP-çı deputat Siyavuş Novruzov da bildirmişdi ki, parlamentdə MTN-çilər var. Artıq hakimiyyət kluarlarında bununla bağlı siyasi qərar verilib.
İqtidar növbəti parlament seçkilərində MTN işinə görə adı çəkilmiş indiki dpeutatların heç birini seçkiyə buraxmayacaq.

Hakimiyyət daxilində gedən müzakirələrə əsasən istər bu məsələdə zərər çəkmiş ola, istərsə MTN-lə əlaqəlisi ola, hər biri ayrı-ayrılıqda təmizlənəcək.

Siam.az
Tarix: 15-05-2017, 09:36
Xəbəri paylaş





Xəbər lenti