"İrəvan inkar etdi, Bakı dərhal video yaydı" – Belyayev

"İrəvan inkar etdi, Bakı dərhal video yaydı" – Belyayev Videodan görünür ki, kompleksə zərbə anında pelenqator fırlanır, bu isə o deməkdir ki, içəridə ekipaj üzvləri var.

Siam.az axar.az-a istinadən bildirir ki, bu sözləri ordumuzun Ermənistana məxsus OSA zenit-raket kompleksini məhv etməsini şərh edərkən rusiyalı jurnalist Mixail Belyayev bildirib.

"Bugünlərdə Azərbaycan Ordusu ermənilərə aid OSA zenit-raket kompleksini heyəti ilə birgə məhv etdi. Ermənistan qısa məlumat yaydı və "texnikanın azacıq zədələndiyini", şəxsi heyətin isə heç bir itki vermədiyini bildirdi. Azərbaycan Müdafiə Nazirliyi dərhal OSA zenit-raket kompleksinin məhv edilməsini əks etdirən video yaydı. Videodan görünür ki, kompleksə zərbə anında pelenqator fırlanır, bu isə o deməkdir ki, içəridə ekipaj üzvləri var. Videodan o da aydın olur ki, Azərbaycan İsrail istehsalı olan və hələ 2016-cı il Aprel savaşında effektivliyi üzə çıxan "Spayk"dan istifadə edib", - Belyayev qeyd edib.
Siam.az
Tarix: 19-05-2017, 08:45
Xəbəri paylaş





Xəbər lenti