"Sülh" bitdi, ümidimiz ordumuza qaldı: Rusiya 2049-cu ilə qədər ermənilərə silah verəcək

"Sülh" bitdi, ümidimiz ordumuza qaldı: Rusiya 2049-cu ilə qədər ermənilərə silah verəcək Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrə, o cümlədən Ermənistan, Belarus və Qazaxıstana yeni silah sistemləri, vertolyotlar və müdafiə sistemləri göndərməyi planlaşdırır.

Bu haqda yazan erməni mediasında bildirilir ki, 2017-ci ildə reallaşdırılması nəzərdə tutulan Moskvanın bu planına görə, ilk növbədə aviasiya texnikası, həmçinin vertolyotlar, hava hücumundan müdafiə sistemləri və BTR göndəriləcək. Rusiyanın Ermənistanı davamlı olaraq silahlandırması Azərbaycanı ciddi şəkildə narahat edir. İşğalçı ölkəyə göstərilən yardımlar onların mənfur planlarını həyata keçirilməsi üçün şərait yaradır. Cəbhədə mütəmadi olaraq, törəkdikləri təxribatlar da bu yardımlardan qaynaqlanır.

Ekspertlər hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Rusiyanın işğalçı ölkəni silahlandırması onları birbaşa təxribata yönləndirməsi, dəstək verməsidir. Bu isə Minsk qrupunun prinsiplərinə, götürdüyü öhdəliyə ziddir. Eyni zamanda, Rusiyanın bundan sonra da Ermənistana hərbi texnika ilə təmin olunmaqda dəstək göstərəcəyi də gözləniləndir. Hesab olunur ki, bu proses hələ 2049-cu ilə qədər davam edəcək. Belə olan halda Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun müsbət fəaliyyətini bundan sonra gözləmək olmaz.(A24.Az)

Siam.az
Tarix: 26-05-2017, 14:45
Xəbəri paylaş





Xəbər lenti