“Gürcüstan Muxtarlının oğurlanmasından sonra demokratiyaya iddia edə bilməz”

“Gürcüstan Muxtarlının oğurlanmasından sonra demokratiyaya iddia edə bilməz” Gürcüstanın keçmiş müdafiə naziri Tina Xidaşeli hesab edir ki, Gürcüstan hökumətinin azərbaycanlı jurnalist Əfqan Muxtarlı ilə bağlı açıqlaması heç inandırıcı deyil.

Onun fikrinə görə, ərazisində insan oğurlanan ölkə demokratiyaya iddia edə bilməz.


“Ərazisində insan oğurlanaraq bir zaman siyasi təhlükə səbəbindən qaçmış ölkəyə aparılırsa, onda bu ölkə demokratiyaya iddia edə bilməz. Buna görə də düşünürəm ki, bu müddət ərzində artıq hökumət sübutları ictimailəşdirməli, oğurlanan insanın hərəkətini əks etdirən videomaterial yaymalı idi.

Hesab edirəm ki, heç bir situasiya hökumətə bəraət qazandırmır. Bir variant odur ki, Gürcüstan hökuməti baş verənlərdə iştirak edib, hansı ki, bu, dəhşətli haldır, ikinci variant odur ki, hökumətin bu işdə iştirakı yoxdur, başqa ölkə onun ərazisində xüsusi əməliyyat keçirib, bu, daha böyük dəhşətdir. Ölkə əhalisinin nə baş verdiyini bilmək haqqı var və bu işdə əli olanlar mütləq məsuliyyətə cəlb olunmalıdır”, – Tina Xidaşeli bildirib.

ilkin
Tarix: 3-06-2017, 07:46
Xəbəri paylaş





Xəbər lenti