Qarabağda hər an müharibə başlaya bilər... - ŞOK HESABAT

Qarabağda hər an müharibə başlaya bilər... - ŞOK HESABAT Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsində müharibəyə hər zamankından daha yaxındır.

Bu barədə Beynəlxalq Böhran Qrupunun “Dağlıq Qarabağ münaqişəsi” adlı hesabatında deyilir. Qeyd olunur ki, Azərbaycanın ərazisi olan, amma hazırda Ermənistanın nəzarətində qalan ərazilərdə son 3 il ərzində toqquşmalar artıb. Zorakılıq səviyyəsi nisbətən aşağı olsa da, vəziyyət sürətlə nəzarətdən çıxa bilər. Dağlıq Qarabağ ətrafındakı müharibə regional qüvvələri, o cümlədən Rusiya və Türkiyəni proseslərə cəlb edə bilər.

“Beynəlxalq Böhran Qrupunun hesabatında qeyd olunan bu məqamlar Azərbaycanın xeyrinədir”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı hərbi jurnalist Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatında qeydləri yeni bir şey deyil:


“Bəllidir ki, Dağlıq Qarabağda müharibə hər an başlaya bilər. 2016-cı ilin aprel ayında baş verən hadisələr açıq şəkildə bunu göstərdi ki, Azərbaycan və Ermənistan arasında olan münaqişə dondurulmuş deyil. Hər an irimiqyaslı hərbi əməliyyatlara keçilə bilər. Amma Beynəlxalq Böhran Qrupunun “Dağlıq Qarabağ münaqişəsi” adlı hesabatında açıq şəkildə qeydlərin aparılması, Dağlıq Qarabağ münqaişəsinin beynəlxalq müstəvidəki həllinə stimul yarada bilər. Bu, nə ilə bağlıdır? Bəzi beynəlxalq qruplar münqişənin müharibə müstəvisinə keçməyəcəyinə ümid bəsləyirlər. Lakin beynəlxalq təşkilatın hesabatında belə bir məqamın olması onları narahat etməyə başlayacaq və münaqişənin sülh yolu ilə həllinə təkan verə biləcək.

Bu məsələdə Rusiyanın üzərinə daha çox məsuliyyət düşür


Ermənistan Rusiya Federasiyasının tərkibində nominal bir dövlətdir. Bu baxımdan rəsmi Moskvanın onlara təsir imkanları genişdir. Beynəlxaql Böhran Qrupunun hesabatı Moskvanı narahat etməlidir. Çünki Ermənistanla Azərbaycan arsında başlayan müharibə heç də Rusiyanın xeyrinə olmayacaq. Bu müharibə rəsmi Moskvanın regiondakı təsir imkanlarını zəiflədəcək. Hesab edirəm ki, həm Ermənistan, həm də Rusiya bu hesabata diqqət edərək, nəticə çıxarmalıdır”.

Siam.az
Tarix: 5-06-2017, 17:35
Xəbəri paylaş





Xəbər lenti