Rövnəq Abdullayevlə Mikayıl İsmayılovun “vəkalət müharibəsi”

Rövnəq Abdullayevlə Mikayıl İsmayılovun “vəkalət müharibəsi” "Azəriqaz”da "vəkalət müharibəsi” və mediaya sızdırılan MƏXFİ SƏNƏD

Azərbaycan iqtisadiyyatının şah damarı sayılan enerji sektorunda vəziyyət həqiqətən də acınacaqlıdır. Lakin ona görə yox ki, dünyanın siyasi qütblərinin mübarizəsi nəticəsində neftin qiyməti süni şəkildə aşağı salındı və iqtisadiyyatımız obyektiv səbəblərdən müəyyən qədər zəiflədi. Məsələ bu sektorda bəzi məsul şəxslərin apardıqları intriqalar və Prezident İlham Əliyevin siyasətinin əksinə olaraq, xalqa, bu ölkənin insanına fırıldaqların gəlinməsidir. Məsələni bir az da konkretləşdirsək, bütün diqqəti "Azəriqaz” İstehsalat Birliyinə yönəldə bilərik.


Abonentlərin aldadılması və vətəndaşa qurulan tələRövnəq Abdullayevlə Mikayıl İsmayılovun “vəkalət müharibəsi”

"Azəriqaz”ın abonentlərə fırıldaq gəlməsini, el dili ilə desək millətə "qaz pulu yükləməsi”ni görmək, yaxud sübut etmək üçün durbinə ehtiyac yoxdur. Sirr deyil ki, istər sayğacın daha çox "yazması”, istər köhnə borcların yenidən hesablanaraq, abonentin "belinə yüklənməsi” faktları N qədərdir. Təkcə medianın səhifələrinə nəzər yetirsək, heç də əziyyət çəkmədən bu faktlarla tanış ola bilərik. Onların bir neçəsini təqdim edək:

1. Anonentin sayğacı koda düşürsə, "Azəriqaz”ın əməkdaşları kodu açmağın qarşılığında 5-10 manat "haqq alır”. Halbuki, bu, əməkdaşın vəzifə borcudur. Əslində ortaya çıxan faktlar əməkdaşların özbaşına "haqq” toplamadığını göstərir. Belə ki, "Azəriqaz”ın yerli bölmələri qəfil qazı kəsir və sayğac təhlükəsizlik baxımından avtomatik olaraq koda düşür. Daha sonra idarənin əməkdaşı pul alaraq sayğacı koddan çıxarır. Bu üsul xüsusilə qış aylarında edilir. Yəni abonentin soyuqdan donmamaq üçün cibindəki bütün pulları çıxarıb verməyə məcbur olacağını yaxşı bilirlər.

2. "Azəriqaz”ın quraşdırdığı "Elster G-4” markalı sayğaclar bir müddətdən sonra 1 kub əvəzinə, 2 və 3 kub yazır. Beləliklə, birlik öz itkilərini abonentin cibindən çıxardığı əlavə pullarla bağlayır. Bu itkilərin necə yaranmasını isə yazmağa ehtiyac yoxdur. Məlumdur ki, itki varsa, deməli mənimsəmə də var.


Daxili müharibə

Bu problemləri, fırıldaqları saydıqca bitməz. Lakin məsələ təkcə "Azəriqaz”ın abonentlərə fırıldaq gəlməsi ilə yekunlaşmır. Vətəndaşların daha keyfiyyətli qazla təmin olunması, əhalinin təminatının yaxşılaşdırılması işini həyata keçirmək əvəzinə "Azəriqaz”da sözün əsil mənasında daxili müharibə gedir.

Miq.Az-a daxil olan məlumatlarda vəziyyətin olduqca acınacaqlı olduğu aydın olur.

Rövnəq Abdullayevlə Mikayıl İsmayılovun "vəkalət müharibəsi” Rövnəq Abdullayevlə Mikayıl İsmayılovun “vəkalət müharibəsi”


Redaksiyamıza daxil olan məlumata görə, "Azəriqaz”da SOCAR-ın rəhbəri Rövnəq Abdullayevlə onun müavini, vitse-prezident Mikayıl İsmayılovun adamlarının mübarizəsi gedir. Müasir siyasi leksikonla desək, R.Abdullayevlə Mikayıl İsmayılov "vəkalət müharibəsi” aparır. Yəni bu müharibədə birbaşa özləri yox, dəstək verdikləri şəxslər əks cəbhədədirlər. Əsas "döyüş” isə Əkbər Hacıyevlə satış və istismar üzrə müavin Ruslan Əliyev arasındadır.

Əkbər Hacıyev Rövnəq Abdullayevə, Ruslan Əliyev isə Mikayıl İsmayılova arxalanır.

Məxfi sənəd mediaya sızdırıldıRövnəq Abdullayevlə Mikayıl İsmayılovun “vəkalət müharibəsi”

Bir müddət öncə "Azəriqaz”da daxili audit yoxlamalarının olduğu haqda informasiya mediaya sızdı. Halbuki, daxili audit yoxlaması qanunla məxfi saxlanılmalıdır. Məlumata görə, məxfi sənədin mediaya ötürülməsi daxili savaşın nəticəsidir. Belə ki, məxfi sənədi Mikayıl İsmayılovun adamları Əkbər Hacıyevi "vurmaq” üçün mediaya sızdırıb.

Göründüyü kimi, "Azəriqaz” öz profilinə uyğun fəaliyyət göstərmək əvəzində, məmur müharibəsinin əsirinə çevrilib. Təsadüfi deyil ki, daxili müharibədən ən çox əziyyət çəkən məhz abonentlərdir.

Miq.Az
Tarix: 5-06-2017, 21:49
Xəbəri paylaş





Xəbər lenti