Azərbaycanı bir zərbəyə dağıtmaq istəyən erməniyə cavab

Azərbaycanı bir zərbəyə dağıtmaq istəyən erməniyə cavab Yeni erməni Napoleonu

“Əgər Azərbaycan bir daha vəziyyəti gərginləşdirmək istəsə biz ona son və həlledici zərbə vuracağıq”.


Belə görünür ki, söhbət bizim ölkəni fantastik şəkildə dağıtmaqdan gedir. Bu barədə yeni erməni Napoleonu, özünü mövcud olmayan Qarabağ Respublikasının müdafiə naziri, “general-leytenant” adlandıran hansısa yarımçıq mühəndis Levon Mnasakanyan bildirib, özü də erməni KİV-lərinə.


Qarabağa Avropadan xaç yürüşü
Bu “dahi” strateq jurnalistlərə təmas xəttindəki vəziyyətdən danışıb. O, KİV-lərin keçən ilin aprel ayında 4 günlük müharibədə baş vermiş məğlubiyyət barədə suallarına cavab verməli olub. Görəsən, niyə məhz onda ermənilər son və həlledici zərbəni vura bilməyiblər?Azərbaycanı bir zərbəyə dağıtmaq istəyən erməniyə cavab

Ermənilərin yeni Napoleonunun sözlərinə görə, 2016-cı ilin aprel ayından sonra qoşunların təmas xəttində böyük işlər görülüb. Tam video nəzarət təmin edilib ki, bu da insan amilini istisna etməyə imkan yaradıb. Yəni o, ön xəttin bu gün tam nəzarət altında olduğunu deyib. Onun sözlərinə görə, keçən ilin aprel ayında oralar tam nəzarətsiz olub, yəni iddia edir ki, o vaxt istənilən adam girib-çıxa bilirmiş?!.
Azərbaycanı bir zərbəyə dağıtmaq istəyən erməniyə cavab

2 aprel 2016-cı ildə Azərbaycan ordusunun Ermənistan işğalından azad etdiyi ərazilər
Qeyd elmək lazımdır ki, erməni hərbçilər hər dəfə aprel döyüşlərindən söz düşəndə uduzmalarına səbəb axtarmağa başlayırlar. Gah ən yüksək səviyyədə iddia edirlər ki, tank yanacağına su qatılıbmış, bu da tankları operativ şəkildə ön cəbhəyə keçirməyə imkan verməyib. İndi də video nəzarət məsələsini uydurublar.

Bu strateqlərdən heç biri Azərbaycan əsgərinin qəhrəmanlığı, peşəkarlığı və dözümü barədə danışmaq istəmir. Azərbaycanı bir zərbə ilə dağıtmaqla hədələyən erməni Bonapartına isə əsl Napoleonun öz hərbi karyerasını harda bitirdiyini yada salmaq istəyərdik.

Mais Məmmədov, əməkdar jurnalist
Tarix: 6-06-2017, 10:00
Xəbəri paylaş





Xəbər lenti