“Bunlar üçün ölkə qanunları heç bir əhəmiyyət kəsb etmir…” – ETİRAZ VAR…


Geofizika və Geologiya İdarəsində müşahidə olunan özbaşınalıqlarla bağlı dia-az.info-ya giley dolu yeni müraciət daxil olub.
Müraciət müəllifi yazır:
“Geofizika və Geologiya İdarəsində maaşlara olan bütün əlavələr kəsilib.
Şənbə-bazar günləri işçini işlədib əməkhaqqısını vermirlər. Əvəzində istirahət verirlər… Saat 5-dən sonra axşam işə gedirsən, əlavə 4 saat yazılırdı… Onu da kəsiblər…
Bunların hamısı 2016-cı ilin mart ayından baş verməkdədir. Şənbə-bazar ödənişləri ləğv olunub. 2016-cı ilin avqust ayından “4 saat ödənişləri” ləğv olunub.
SOCAR-da bütün idarələr əlavə ödənişləri ödəyir, yalnız Geofizika və Geologiya İdarəsi ödəmir. Etiraz edirsən, deyirlər, daxili əmrdir…
Bunlar üçün ölkə qanunları heç bir əhəmiyyət kəsb etmir…”
Tarix: 5-03-2024, 23:53
Xəbəri paylaş





Xəbər lenti