Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Türkiyənin Ege Universitetinin əməkdaşları ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com xəbər verir ki, satınalma müqaviləsi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində imzalanıb. Qeyd edək ki, Dövlət Proqramında nəzərdə tutulan məsələlərin icrası məqsədi ilə 2021-ci ildə Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramının imzalanması mərasimi də keçirilib. Onu da bildirək ki, Universitetin satınalma müqaviləsi imzaladığı şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı da (Lamiyə Quliyeva və Həsən Abbasov) var. 35,6 min manlıq satınalma müqaviləsinin imzalandığı Lamiyə Quliyevə ADAU-nun müəllimidir. Dövlət Aqrar Universitetinin müqavilə imzaladığı şəxslər və onlara ödəniləcək məbləğ belə olacaq:
Quliyeva Lamiyə - 35.625 AZN Edib Açıl - 26.746,68 AZN Həsən Abbasov - 17.812,5 AZN Zulal Metiner - 13.373,28 AZN Oktay Yerlikaya - 12.240 AZN Mustafa Özgür Tatar - 12.240 AZN Vedat Demir - 12.240 AZN Tuncay Günhan - 12.240 AZN Sinan Akgöl - 12.240 AZN Öztekin Gölgen Bahar - 12.240 AZN Özgür Avşar - 12.240 AZN Mustafa Gümüş - 12.240 AZN Murat Kılıç - 12.240 AZN İştipliler Deniz - 12.240 AZN İbrahim Duman - 12.240 AZN Hatice Özaktan - 12.240 AZN Hakan Adanacıoğlu - 12.240 AZN Hakan Geren - 12.240 AZN Hasan Kağan Yayla - 12.240 AZN Fulsen Özen - 12.240 AZN Halil Baki Ünal - 12.240 AZN Figen Kırkpınar - 12.240 AZN Dal Fadime - 12.240 AZN Çiğdem Takma - 12.240 AZN Aykut Güvensen - 12.240 AZN Arif Behiç - 12.240 AZN Ahmet Hatipoğlu - 12.240 AZN