İlk dəfə bir tələbəmiz "Beynəlxalq diplomatiya" sahəsində Asiya ölkələri üzrə keçirilən beynəlxalq yarışda birinci yerə çıxıb


Azərbaycan Dillər Universitetinin məzunu Vüsal Hümbətzadə Asiya ölkələrinin "Beynəlxalq diplomatiya" üzrə keçirilən beynəlxalq bilik müsabiqəsində Azərbaycanı təmsil edən yeganə tələbə olub və beynəlxalq yarışda birinci yerin qalibi olub. 

Bu barədə, Pakistan Müasir Dillər Universitetinin mətbuat xidmətindən məlumat verilib.

İndiyənədək heç bir tələbəmiz "Beynəlxalq diplomatiya" sahəsində Asiya ölkələri üzrə keçirilən beynəlxalq yarışda birinci yerə çıxmayıb.

Qeyd edək ki, Müsabiqədə on minə yaxın tələbə iştirak edib.
Vüsal Hümbətzadə bir neçə gün bundan əvvəl İsveçrənin ETH Sürix Universitetinə qəbul olmuşdur.

Harvard Universiteti dünya reytinqində birinci ETH Sürix Universiteti isə dünya reytinqində yeddinci sırada qərarlaşır. 

Siam-az.com
Tarix: Bu gün, 16:19
Xəbəri paylaş





Xəbər lenti