Bakı polisində dəhşət: kişi özünü bölmənin binasından atdı

Bakı polisində dəhşət: kişi özünü bölmənin binasından atdı Bakıda tutularaq polisə gətirilən kişi gözlənilməz addım atıb. O, özünü polis bölməsinin binasından atıb. Criminal.az saytı xəbər verir ki, hadisə bu gün günorta saatlarında Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsində baş verib.

Polis bölməsində saxlanılan 36 yaşlı Firuz Qəhrəmanov bölmənin binasının ikinci mərtəbəsində özünü atıb. Ağır xəsarət alan şəxs polis əməkdaşları tərəfindən çevik polis alayına məxsus avtomobilə qoyaraq xəstəxanaya aparıblar.

1 saylı şəhər xəstəxanasından Criminal.az saytına verilən məlumata görə, F.Qəhrəmanovun vəziyyəti ağırdır. Onu reanimasiya şöbəsinə yerləşdiriblər.

Bölmə rəisi Zaur Əliyev isə hadisəni təkzəib etdi. Bildirdi ki, bölmədə heç bir intihara cəhd olmayıb.
Tarix: 22-02-2017, 09:35
Xəbəri paylaş





Xəbər lenti